Rusiyalı iş adamları sənaye zonalarının fəaliyyətləri barədə məlumatlandırılıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 21 may, AZƏRTAC
İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) Rusiya Federasiyası Ticarət və Sənaye Palatasının Azərbaycandakı Fəxri nümayəndəliyinin və Rusiya-Azərbaycan Dialoq Assosiasiyasının dəstəyi ilə keçirilən biznes forum çərçivəsində panel iclasda təmsil olunub.
İZİA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin İdarə Heyəti sədrinin müavini Aqil Əzizov İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonaları, burada sahibkarlar üçün mövcud investisiya imkanları barədə məlumat verib, tədbir iştirakçılarının suallarını cavablandırıb.
Tədbirin davamı olaraq forum iştirakçılarının Sumqayıt Kimya Sənaye Parkına tanışlıq səfəri təşkil edilib.
Bununla əlaqədar keçirilən tədbirdə əvvəlcə qonaqlara Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti barədə məlumat verilib, Ağdam Sənaye Parkının rezidenti "Mister Decor" MMC-nin, Sumqayıt Kimya Sənaye Parkının rezidenti STP Şirkətlər Qrupunun nümayəndələri təmsil etdikləri müəssisələrin fəaliyyətləri barədə təqdimatla çıxış ediblər.
50-dən çox iş adamının iştirak etdiyi səfərdə qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidentləri “Azertexnolayn” MMC-nin polad boru, “Az-Tex-Import” MMC-nin IVECO markalı yüngül, orta və ağır tonnajlı yük avtomobillərinin, “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin, “Azerfloat” QSC-nin vərəqə şüşə istehsalı müəssisələrinin fəaliyyətləri ilə tanış olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 21 May 2025 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















