Icma.az
close
up
RU
Rusiyanın AZAL a məxsus təyyarənin vurulmasına münasibəti olmayan imicin itirilmə qorxusu ŞƏRH

Rusiyanın AZAL a məxsus təyyarənin vurulmasına münasibəti olmayan imicin itirilmə qorxusu ŞƏRH

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya Qazaxıstanda yaradılmış araşdırma komissiyasının Bakı-Qroznı reysi ilə uçan AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı ilkin hesabatı dərc olunduqdan sonra belə günahını etiraf etməyə tələsmir.

Təbii ki, imperiya təfəkkürü - Rusiya imperiyası, sonradan SSRİ dövrü görən rəsmi Moskva müstəqilliklərinin 34-cü ilində belə keçmiş sovet respublikalarını özünə bərabər görə bilmir və belə hallarda sivil dövlətlərin atdığı addımları ağlından belə keçirmir.

Əslində ən düzgün yol rəsmən üzr istənilməsi, kompensasiya ödənilməsi və günahkarların cəzalandırılmasıdır. Üzr istənilməsi heç bir dövlətin nüfuzuna xələl gətirmir. Rusiya bu addımı atacağı təqdirdə imic baxımından heç nə itirməyəcəkdi. Amma etiraf etmək lazımdır ki, 2022-ci il fevralın 24-dən sonra "Rusiya" və "imic" anlayışları tərs mütənasibdir.

Təyyarə qəzası ilə bağlı ilkin hesabatın ən əsas məqam ondan ibarətdir ki, aviareysi həyata keçirən “Embraer 190-100 IGW” uçuşa tam yararlı olub. Hava gəmisi Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnalları itirib. Kapitan Bakıya qayıtmaq barəsində qərar verdikdən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səs gəlib. Hesabata əsasən, hidravlik sistemlər funksionallığını itirib və sıradan çıxıblar. Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunub və zədələr kənar obyektlərin təsiri nəticəsində yaranıb.

Rusiya tərəfinin israr etdiyi təyyarənin quşlarla toqquşması versiyası da hesabatda təkzib edilib. Rusiya tərəfinin təkzib edilən digər versiyası isə guya qəzaya oksigen balonunun partlamasının səbəb olduğudur.

Hesabatda qeyd olunan ən vacib məqamlardan biri isə həmin hava məkanında “Kovyor” əməliyyatının təyyarə vurulduqdan sonra elan edilməsidir.

Rəsmi Bakı israrla Rusiyaya qarşı haqlı tələblər irəli sürdükcə bu ölkənin media məkanında anti-Azərbaycan meyilləri gücləndi. Müxtəlif telegram-kanallar, mətbuat orqanları eyni mərkəzdən aldıqları tapşırıqlar əsasında Azərbaycana qarşı yazılar dərc etməyə başladılar. Təqdim olunan materiallarda rəsmi Bakının, araşdırma komissiyasının ilkin hesabatını təkzib edən tutarlı arqumentlər yer alsaydı, bunu sivil polemika kimi də qəbul etmək olardı. Amma bu istiqamətdə dərc olunan yazılarda yalnız Bakının hansı cürətlə Rusiyaya qarşı tələb irəli sürdüyü əsas istiqamətdir. Sadə dillə desək, biz etdiyimizi etmişik, siz isə səsinizi çıxartmayın.

Bundan başqa təbliğatçılar təyyarənin məhz “Pansir”lə vurulması faktını şübhə altına almaq istəyirlər və Bakının niyə belə əmin olması ilə bağlı sual verirlər. Əslində isə məsələ “Pansir” və ya “qeyri-Pansir”də deyil. Məsələnin mahiyyəti mülki təyyarənin Rusiyanın Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən atəşə tutulmasıdır.

Hələ hesabatdan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə bildirmişdi ki, komissiyanın nəticələri rəsmi Bakının ilkin versiyasından fərqlənəcək. Nəticələr elan olunduqdan sonra Lavrovun simasını görmək maraqlı olardı.

Komissiyanın hesabatına münasibət bildirməyi isə rəsmi Moskva özünə ar bilir. Belə ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin araşdırmanın ilk nəticələrini şərh etmək xahişinə cavab olaraq araşdırmanın başa çatmasını gözləməyə çağırıb.

Təəccüblü deyil ki, eyni mövqedən “Rosaviasiya” da çıxış edib. Qurum açıqlamasında bildirib ki, guya hesabatda hadisənin səbəbləri ilə bağlı nəticələr yoxdur. Belə hallarda Azərbaycanda “bişmiş toyuğun gülməyi gəldi” deyirlər. Təyyarənin GPS sisteminin sıradan çıxarılması, füzelyajda çoxsaylı dəlib keçən və kor zədələrin olması və zədələrin kənar obyektlərin təsiri nəticəsində yaranması ifadələri nəticə deyil, bəs nədir?

Rusiya tərəfi bununla bağlı araşdırmanın tam başa çatmasından sonra danışmağın düzgün olduğunu deyir. Bu isə bir il deməkdir. Yəni o vaxta qədər kim ölə, kim qala... Digər tərəfdən, bir ildən sonra araşdırma birmənalı olaraq Rusiyanın günahını qeyd etsə də, rəsmi Moskvanın bunu etiraf edəcəyini gözləmək sadəlövhlükdür. Donbas üzərində Malayziyaya məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı araşdırma tam başa çatıb, Rusiyanın birmənalı olaraq günahını üzə çıxarsa da, rəsmi Moskva qəti olaraq nəticələri qəbul etmədi.

SSRİ-nin ən pis ənənələrini davam etdirən Rusiya Federasiyası başqa cür davrana da bilməz. 1983-cü ildə SSRİ üzərində Cənubi Koreyanın sərnişin təyyarəsinin vurulma faktına sovet rəhbərliyinin münasibəti hazırda da rəsmi Moskvanın mövqeyi ilə analojidir.

İstənilən halda Azərbaycan bu məsələdə tam haqlıdır. Rusiya bu məsələni etiraf etsə də, etməsə də, indi ötən əsrin 90-cı illəri deyil ki, Azərbaycanı informasiya blokadasına salsınlar. Rəsmi Bakı sözünü deməyə beynəlxalq platforma tapmaq iqtidarındadır və bundan sonrakı addımları gözləmək lazımdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://report.az
archiveBu xəbər 06 Fevral 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri