Icma.az
close
up
RU
Rusiyanın başı üstündən bir gecədə yüzlərlə PUA uçub

Rusiyanın başı üstündən bir gecədə yüzlərlə PUA uçub

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Aprelin 9-na keçən gecə hava hücumundan müdafiə sistemləri Rusiyanın vilayətləri üzərində Ukraynaya məxsus 164 pilotsuz uçan aparatının qarşısını alıb”. 

“Cebheinfo.az” xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatında belə deyilir. Hücum 10 saat davam edib və Moskva vaxtı ilə səhər saat 6-da başa çatıb. Ən çox pilotsuz uçan aparat Krasnodar diyarında vurulub. Krosnadarda 67, Rostov vilayətində 29, Şimali Osetiyada 15 pus məhv edilib. Voronej, Kursk, Belqorod, Penza, Nijni Novqorod, Saratov, Orenburq və Oryol vilayətləri, Stavropol diyarı və ilhaq edilmiş Krım da hücuma məruz qalıb. Orenburq vilayətində isə PUA-lar hərbi aerodroma hücum etməyə cəhd edib. Bu barədə vilayətin qubernatoru Yevgeni Solntsev açıqlama verib. “Hər hansı tələfat və dağıntı yoxdur. Xahiş olunur panikaya düşməyin, vəziyyət nəzarət altındadır”,- “Telegram” kanalında yazıb. 

“Şimali Osetiyada pilotsuz təyyarələr Mozdok vilayətində vurulub”, - deyə vilayət rəhbəri Sergey Menyailo bildirib. Onun sözlərinə görə, tələfat və dağıntı olmayıb. “Astra” “Telegram” kanalı yerli sakinlərə istinadən Mozdokdakı hücumunun da hədəfinin hərbi aerodrom olduğunu xəbər verir. “Shot”un məlumatına görə, Saratov vilayətində Rusiyanın strateji bombardmançıları üçün bazanın yerləşdiyi Engels şəhərində partlayışlar baş verib. “Astra”, həmçinin qeyd edir ki, Penza vilayətində raket və artilleriya silahlarının arsenalının yerləşdiyi Serdobski rayonu hücuma məruz qalıb. Krasnodar diyarında uçan pilotsuz aparatlar neft emalı zavodunun yerləşdiyi Slavyansk-Kubani ətrafına, Krımsk şəhərinə və Rayevskaya kəndinə uçub. Rostov- Don ətrafındakı Aksay şəhərciyindəki Platov küçəsi, 74 ünvanında yerləşən evdə bir dron paltar ipindən asılı qalıb. 

Partlayış təhlükəsi ilə əlaqədar 48 mənzilin sakinləri təxliyə edilib. Tələfat və dağıntılar barədə məlumat verilmir. Bundan başqa, Novoşaxtinsk, Donetsk, Zernoqrad və Taqanroq, eləcə də Kamenski, Neklinovski, Çertkovski, Tarasovski və Millerovski rayonları Ukrayna PUA-larının hücumuna məruz qalıb. Donetsk və Zernoqradda pilotsuz uçan aparatların dağıntıları düşməsi nəticəsində iki yaşayış binasının damı zədələnib. Bütün bu şəhər və rayonlar Ukraynanın işğal olunmuş ərazilərinin yaxınlığında yerləşir. 

Ukrayna pilotsuz təyyarələrinin hücumlarından sonra uçuşların təhlükəsizliyini təmin etmək üçün Vladiqafqaz, Volqoqrad və Qroznı hava limanlarında təyyarələrin gəliş-gedişinə məhdudiyyətlər tətbiq edilib. Moskva vaxtı ilə səhər saat 7-ə qədər məhdudiyyətlər götürülüb. Bu müddət ərzində üç təyyarə alternativ aerodromlara göndərilib. Biri Vladiqafqaza, biri Volqoqrada, biri isə Qroznıya uçub. 

Müşfiq Abdulla 
“Cebheinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Aprel 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri