Icma.az
close
up
RU
Rusiyanın bu vaxta qədər verdiyi açıqlamaların heç biri qaneedici deyil Jalə Əliyeva

Rusiyanın bu vaxta qədər verdiyi açıqlamaların heç biri qaneedici deyil Jalə Əliyeva

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Son günlərdə Rusiyada baş verənlər, azərbaycanlıların böyük bir vəhşiliklə qətlə yetirilməsi və həbsi, əlbəttə ki, cəmiyyətimizdə böyük narahatlıq və hiddət doğurur. Bununla bağlı Azərbaycan öz mövqeyini Xarici İşlər Nazirliyi vasitəsilə bildirib. Azərbaycan səfiri də dəvət edilib və mövqeyimiz qarşı tərəfə çatdırılıb".

Bu fikirləri Redaktor.az-a açıqlamasında deputat Jalə Əliyeva Rusiyanın Yekaterinburq şəhərində FTX əməkdaşları tərəfindən azərbaycanlılara qarşı törədilən qətl və zorakılıqlardan danışarkən bildirdi.

"Bu günlərdə Rusiyanın Azərbaycanda keçirilməsi nəzərdə tutulan tədbirləri təxirə salınıb, Azərbaycan parlamentinin bu günlərdə Rusiyada iştirak edəcək nümayəndə heyəti səfərini ləğv edib. Eyni zamanda Rusiyanın Baş nazirinin müavininin Azərbaycana səfəri də Azərbaycan tərəfindən ləğv olunub. Bütün bunlar ölkəmizin hər bir vətəndaşının yanında olduğunun, beynəlxalq münasibətlərə sadiqliyinin və bu münasibətlərdə qarşılıqlı ehtiramın, müttəfiqliyin gətirdiyi öhdəliklərin yerinə yetirilməsi tələbinin ifadəsidir.

Düşünürəm ki, bu hadisə heç bir şəkildə qəbul edilə bilməz. Bir ailənin iki üzvünün bir gecənin içində bu şəkildə zorakılıqla qətlə yetirilməsi, digərlərinin isə həbs edilməsi şovinizmin, islamofobiyanın və Azərbaycanfobiyanın təəssüf doğuran əlamətidir. Bu, ilk belə hadisə deyil.

Son dövrlərdə, ən azı son bir neçə ay ərzində baş verənlər, Azərbaycan təyyarəsinin vurulması, azərbaycanlı deputatın sərhəddən geri qaytarılması və sair bizi ciddi şəkildə düşündürməyə vadar edir. İnanırıq ki, Rusiya rəsmiləri bu hadisəyə cavab verəcəklər. Hadisənin kökündə nəyin dayandığını dərin və ən əsası, inandırıcı faktlarla sübut etməyə çalışacaqlar. Beynəlxalq hüquq bunu tələb edir", - millət vəkili dedi.

Jalə Əliyeva qeyd etdi ki, bu cinayətin mütləq cavabı və səbəbləri izah olunmalıdır.

"Çünki Rusiyanın bu vaxta qədər verdiyi açıqlamaların heç biri qaneedici deyil. Biz Rusiya rəsmilərindən ciddi reaksiyalar gözləyirik.

Bir daha qeyd etmək istəyirəm ki, ölkələrarası münasibətlərdə vətəndaşlara bu cür rəftar qətiyyən yolverilməzdir və anlaşılan deyil. Deyək ki, o şəxslərin həqiqətən onların tərəfindən törədilmiş cinayət tərkibi varsa belə, bu şəxslərin bu şəkildə istintaqa cəlb olunması, hüquq-mühafizə orqanlarına gətirilməsi və onlara bu cür davranılması nə qanunlara, nə də insanlığa sığan hərəkətlər deyil", - deyə deputat vurğuladı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 İyul 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri