Icma.az
close
up
RU
Rusiyanın ən böyük zavodlarından biri çökür 4 günlük iş həftəsinə keçəcək

Rusiyanın ən böyük zavodlarından biri çökür 4 günlük iş həftəsinə keçəcək

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Avtomobil zavodlarında satışların çökməsindən və ixtisarlara gedilməsindən sonra Rusiyanın ən böyük vaqon istehsalçısı və orduya tankların əsas tədarükçüsü olan Uralvaqonzavod(UVZ) da dörd günlük iş həftəsinə keçir.

Hurriyyet.az xəbər verir ki, Rusiya mediasının yazdığına görə, qısaldılmış iş qrafiki UVZ-nin mülki seqmentinə təsir edəcək. UVZ bunun səbəbinin vaqonlara tələbatın azalması olduğunu qeyd edərək, işçilərin başqa sexlərə köçürüləcəyini bildirib.

Zavodun əsas müştərisi olan Rusiya Dəmir Yolları maliyyə vəziyyətinin kəskin pisləşməsi və son 14 ildə yükdaşımaların kəskin azalması səbəbindən vaqon və lokomotiv büdcəsini azaldıb. Holdinqin ilkin olaraq 1,3 trilyon rubl olan investisiya proqramı 850 milyarda endirilib.

700 min işçisi ilə ən böyük işəgötürən olan Rusiya Dəmir Yollarının özü də qısaldılmış iş qrafiki tətbiq edib. Şirkət mərkəzi ofis işçilərindən öz vəsaitləri hesabına ayda üç əlavə istirahət günü götürməyi tələb edir.

Kredit faizlərinin kəskin artması Rusiya Dəmir Yolları üçün başağrısına çevrilərək şirkəti bu il gəlirlərinin demək olar ki, dörddə birini, yəni 688 milyard rublu faiz ödənişlərinə və kreditlərin ödənilməsinə xərcləməyə məcbur edib.Bu da əvvəlki ilə nisbətən altı dəfə çoxdur.

Bundan əvvəl Rusiyanın ən böyük sement istehsalçısı olan Cemros, Qorki Avtomobil Zavodu (QAZ), Kamaz və AvtoVAZ da dörd günlük iş həftəsinə keçib. Məcburi ixtisarlar ölkənin aparıcı almaz mədənçisi Alrosa, həmçinin Mechel və demək olar ki, bütün metallurgiya zavodları tərəfindən də həyata keçirilib.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 13 Oktyabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri