Icma.az
close
up
RU
Rusiyanın hava limanı niyə bağlandı SƏBƏBLƏR

Rusiyanın hava limanı niyə bağlandı SƏBƏBLƏR

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vladiqafqaz hava limanı təyyarələrin qəbulu və göndərilməsi üçün bağlanıb.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə dekabrın 31-də Şimali Osetiya-Alaniya Respublikasının rəhbəri Sergey Menyailo açıqlama verib.

“Səhər saat 4:00-a olan məlumata görə, Şimali Qafqaz Federal Dairəsinin rayonlarında pilotsuz uçuş aparatları təhlükəsi elan edilib. Vladiqafqaz hava limanı təyyarələrin qəbulu və göndərilməsi üçün bağlıdır”, - Menyailo “Telegram” kanalında yazıb. 

Sergey Menyailo hava hücumundan müdafiə qüvvələrinin Şalxi poliqonu üzərində pilotsuz uçuş aparatlarını vurmasına aydınlıq gətirib. O, hadisə nəticəsində xəsarət alan və dağıntıların olmadığını qeyd edib. Respublika başçısı sakitliyə, təxribatlardan çəkinməyə və yalnız dəqiqləşdirlmiş məlumat mənbələrinə etibar etməyə çağırıb. 

Rusiya mediası günün əvvəlində Kazan hava limanlarında da təhlükəsizlik məqsədi ilə təyyarələrin gediş-gəlişinə məhdudiyyətlər qoyulduğunu yazıb:

“Ekipajlar, hava limanının xidmətləri və dispetçerlər uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirirlər”,-deyə açıqlamada qeyd edilir.

Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsinin vurularaq qəzaya uğramasından sonra Rusiya tərəfinin sosial media və KİV vasitəsilə bu məlumatları yayması təsadüfi görünmür. 

Qeyd edilən xəbəri yaymaqla Rusiya hakimiyyət orqanları hava limanlarında təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin edildiyinə, uçuşların problemsiz həyata keçirildiyinə dair rəy yaratmağa çalışır. Təbii ki, burada iki məqsəd var. Rusiya tərəfi bir tərəfdən Azərbaycanın ittihamlarından yayınmaq məqsədi güdür. Bu isı rəsmi Moskvanın Bakdan Qroznıya uçan sərnişin təyyarəsinin vurulmadığına dair mövqeyində israr etdiyini göstərir. 

Digər tərəfdən, Rusiyanın yaydığı informasiyalar beynəlxalq ictimaiyyətə hesablanmış mesajdır. Çünki faktiki olaraq, bu gün Rusiya səması mülki təyyarələrin uçuşu üçün çox təhlükəlidir. Daha dəqiq desək, Rusiyanın hava məkanı müharibə zonasına çevrildiyi üçün ölkə ərazisinə daxil olan istənilən mülki təyinatlı hava gəmiləri üçün ciddi təhlükə yaradır. Bakı-Qroznı təyyarəsinin vurulması isə təyyarələrə hava limanlarının üzərində və yaxınlığında hərbi əməliyyatların aparılması barədə əvvəlcədən məlumat verilmədiyini göstərir. 

Artıq Rusiyanın hava limanları riskli zona hesab edilir. Bu baxımdan, Rusiyaya uçuşları dayandıran dövlətlərin sayı arta bilər. Görünür, Rusiya tərəfi uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirildiyinə dair informasiyaları dövriyyəyə buraxmaqla vəziyyətə nəzarət etdiyinə dair rəy yaratmaq istəyir. Lakin Vladiqafqaz hava limanının təyyarələrin qəbulu üçün bağlanmasına dair rəsmi açıqlama mülki təyyarələrin hərəkəti üçün Rusiyada vəziyyətin yaxşı olmadığını təsdiq edir. 

Şimali Osetiya-Alaniya Respublikasının rəhbəri Sergey Menyailonun bu barədə sosial mediada etdyiyi paylaşımı bir neçə istiqamətdə şərh etmək olar. Birincisi, Rusiya tərəfi hava limanlarının Ukraynanın dron hüqumu ilə əlaqədar bağlı olduğunu və xidməti fəaliyyətini dayandırdığını demək istəyir. Belə olan halda, Rusiyanın səlahiyyətli orqanları bu barədə bütün ölkələrə uçuşların təxirə salınması və təhlükəsilik tədbirlkəri ilə əlaqədar hava məkanının bağlı olduğuna dair əvvəlcədən məlumat verməlidir. 

Amma dekabrın 25-də Bakı-Qroznı reysinin həyata keçirilməsi zamanı Azərbaycan tərəfinə belə bir məlumat verilməyib. Əks təqdirdə, təyyarə uçuşunun vaxtı dəyişdirilərdi. İkincisi, Sergey Menyailonun vasitəsilə Rusiya tərəfi digər hava limanlarının təhlükəsizlik məqsədilə bağlı olduğunu gündəmə gətirməklə Azərbaycan təyyarəsinin Aktauya göndərilməsinə bəraət qazandırmağa çalışır. 

Guya Qroznıya məsafəcə yaxın olan Mahaçqala, Mineralnı Vodı və başqa hava limanları dron hücumu təhlükəsi ilə əlaqədar qapalı olduğundan təyyarə Aktauya məcburi uçuş etmək məcburiyyətində qalıb. Bununla da Rusiya vurulmuş təyyarəni dənizə və ya Qroznıdan 440 kilometr məsafədə yerləşən Aktauya yönləndirməsinə bəraət qazandırmaq istəyir. Halbuki, Qroznıya 55 kilometr yaxınlıqda Maqas, 90 kilometr məsafədə Beslan hava limanları da yerləşir. 

Qroznıdan Mahaçqalaya isə 170 kilometr təşkil edir. Bunlara icazə verməyib atəşlə zədələnmiş təyyarəni 1 saatdan artıq havada qalmağa məcbur etməyə təbii ki, heç bir açıqlama bəraət qazandıra bilməz. Həm Vladiqafqaz, həm də Kazan hava limanları ilə bağlı yayılan məlumatda pilotsuz uçuş aparatları təhlükəsi elan edilməsi əslində, məsuliyyəti Ukraynanın üzərinə atmaq cəhdidir.

Ancaq təyyarə Ukrayna dronu ilə deyil, Qroznı səmasında Rusiyanın “Pansir-S” sistemi ilə vurulub. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Dekabr 2024 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri