Icma.az
close
up
RU
Rusiyanın Kiyevə hücumları Azərbaycanın narahatlığını artırırmı? Deputat DANIŞDI

Rusiyanın Kiyevə hücumları Azərbaycanın narahatlığını artırırmı? Deputat DANIŞDI

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılaraq, ona 14 noyabrda Kiyev şəhərinə edilən raket və dron hücumları zamanı Azərbaycan səfirliyinin ərazisinə düşən "İsgəndər" tipli raketlə bağlı kəskin etiraz bildirilib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirdi ki, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdakinin Xarici İşlər Nazirliyinə çağırılması olduqca vacib məsələdir:

"Ən azından səfirə Azərbaycanın narahatlığını tam təfərrüatı ilə çatdırmaq imkanı yaranır. Üstəlik, Rusiyanın silahlı qüvvələrinin hansı meyarlar əsasında Ukrayna ərazisinə dron hücumları endirməsini çox uğurlu şəkildə gizlətməsi də məlumdur. Rusiya-Ukrayna müharibəsi davam etdiyindən istənilən belə hadisə “səhv” kimi qiymətləndirilə bilər. Lakin reallıq ondan ibarətdir ki, Azərbaycan Cenevrə Konvensiyasının və diplomatik münasibətlər haqqında qanunun tələblərinə uyğun davranır. Azərbaycan tərəfi eyni münasibətin Rusiya tərəfindən də sərgilənməsində maraqlıdır. Çünki qeyd etdiyim kimi, beynəlxalq hüququn tələbidir ki, münaqişə gedən ərazilərdə səfirliklər hədəf seçilməməli, onların normal fəaliyyət göstərməsi üçün bütün zəruri tədbirlər görülməlidir".

Deputat qeyd etdi ki, Rusiyanın silahlı qüvvələrindəki bəzi dairələr bu proseslərdən narahatdır və buna müəyyən mənada müdaxilə etməyə çalışırlar:

"Buna baxmayaraq, hadisələrin gedişatı göstərir ki, bu kimi mövzularda səbrli, soyuqqanlı və səliqəli davranmaq vacibdir. Əks halda, cəmiyyət daxilində baş verən proseslər sonradan masa arxasında aparılan müzakirələrə transformasiya olunur və biz nəticə etibarilə bunun faydalarını, zərərlərini görmüş oluruq. Bütövlükdə, Azərbaycan məhz bu mövqedən çıxış edərək beynəlxalq müstəvidə zəruri addımlar atır. Əvvəllər texniki səhvlərə yol verilsə də, bununla bağlı konkret cəza tədbirlərinin görülməməsi onu göstərir ki, biz Rusiyanı strateji tərəfdaş kimi qəbul etsək belə, Rusiyanın silahlı qüvvələrinin müəyyən qrupları SOCAR-a və digər Azərbaycana məxsus obyektlərə, eləcə də Ukraynadakı Azərbaycan səfirliyinin binasına təsir göstərmiş ola bilər. Bu da istisna deyil. İndi isə digər strukturlar bu məsələyə öz münasibətləri və davranışları ilə cavab verməlidir", - deyə o vurğuladı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Noyabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri