Rusiyanın Poltava vilayətinə endirdiyi zərbə nəticəsində enerji infrastrukturu obyektləri zədələnib
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya oktyabrın 3-nə keçən gecə Ukraynanın Poltava vilayətinə güclü zərbə endirib.
Oxu.Az xəbər verir ki, bu barədə region administrasiyasının başçısı Vladimir Koqut "Nastoyaşeye vremya" portalına danışıb.
Onun sözlərinə görə, RF ordusu hücum zamanı pilotsuz uçuş aparatları və raketlər tətbiq edib. Zərbə nəticəsində enerji obyektləri zədələnib. Zərərçəkən olmayıb.
Ukraynanın enerji sahəsinin ən iri özəl investoru DTEK-dən bildiriblər ki, zərbə nəticəsində bəzi qaz hasilatı obyektlərinin fəaliyyəti dayandırılıb.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatında deyilir ki, Rusiya Ukraynaya yeddi "İsgəndər-M" ballistik raketi, 21 "İsgəndər-K" qanadlı raketi, yeddi idarə olunan Х-59/69 aviaraketi, habelə 381 pilotsuz uçuş aparatı buraxıb. Zərbələrin əsas istiqaməti Xarkov və Poltava vilayətləri olub. Gecə hücumu nəticəsində Sumı, Dnepropetrovsk, Odessa və Kiyev vilayətləri də zərər çəkiblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 03 Oktyabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















