Icma.az
close
up
RU
“Yanar bulaq” təbiətin möcüzəsidir

“Yanar bulaq” təbiətin möcüzəsidir

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Astaranın  Ərçivan kəndində  təbiətin bəxş etdiyi  gözəlliklər çoxdur. Bu əsrarəngiz məkanda  ilk baxışdan vurulduğun və insanı ovsunlayan sehrlər  vardır. Eləcə də kəndin cənubunda, Bakı-Astara magistral yolundan   azca aralı bir bulaq çağlayır. Bulağın sehri ondadır ki, suyu  məşəl kimi daim alışır yanır.   Bəzən  axan kükürdlü suyun hündürlüyü 5-6 metrə çatır. Amma alovu yandırmır, su yanan zaman   ondan içiləndə  insan orqanizmə heç bir ziyanı dəymir.  Həmçinin  Astaranın turizm  marşrutuna daxil  edilən “Yanar bulaq” indi dünyanın bir çox yerində yaxşı tanınır.

Əvvəla onu bildirim ki, bulağın suyunda olan unikal xüsusiyyətlər iyirminci əsrin 70-ci illərdə aşkarlanıb.  Belə ki,  o zaman yeraltı bulaqların mənşəyi və  səviyyəsi  ilə maraqlanan geoloqlar qrupu Azərbaycana gəlirlər. Onlar Astaranın Ərçivan ərazisinə daxil olan yerlərdə bir-neçə bulaq müəyyən  edirlər. Birinin yanında çox   dərin bir quyu qazırlar. Buradan çıxan suyun  qızmar günəş şüalarının altında alov saçdığını görürlər.   Və yerli əhali  təbiətin  bu möcüzəsinə “Yanar  bulaq” adını  verir.

Alimlərin araşdırması göstərir ki, burada qeyri adi bir səbəb yoxdur. Onların dediyinə görə, bulaqda   kükürdlü  su ilə bərabər metan qazı da çıxır. Nəticədə alov suya yaxınlaşanda ondan ayrılan qaz məşəl kimi alovlanır. 

“Yanar  bulaq” suyu həm də, bəzi xəstəliklərə qarşı böyük müalicəvi əhəmiyyətə  malikdir.   Laboratoriya  müayinələri  zamanı məlum olub ki, tərkibində olan minerallar mədə-bağırsaq üçün  olduqca xeyirlidir. İndi  müxtəlif yerlərdən  mədə-bağırsağında problemi olan xəstələr  buraya gəlir, yanar sudan istifadə etməklə  şəfa tapa bilirlər. Həkimlər məhz xəstələrinə bu üsulun səmərəli olmasını  deyirlər. İkinci tərəfdən  kükürdlü su üzdə olan səpkiləri də  aradan qaldıra bilir. 

Ərçivanlılar, bulağa yaxın olanlar çay dəmləmək üçün suyu  bir qayda olaraq burdan götürürlər.  

Zəfər ORUCOĞLU
Azərbaycan  Jurnalistlər Birliyinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Yanvar 2026 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see452

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see397

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see288

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see263

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see253

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see247

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see239

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see228

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see214

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see205

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see201

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see195

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see191

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see188

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see186

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see185

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see181

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see180

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see179

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri