Icma.az
close
up
RU
Rusiyanın Qarabağla bağlı yeni həmləsi Gərginlik yaradacaq addım

Rusiyanın Qarabağla bağlı yeni həmləsi Gərginlik yaradacaq addım

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Qarabağ separatçılarının Ermənistan daxilində aktivləşməsi, qondarma “prezident seçkiləri” və bu kimi proseslər Azərbaycanla sülh prosesinə ciddi maneələr yaradır. Separatçıların fəaliyyəti, əslində, 2026-cı ildə keçiriləcək parlament seçkilərinə hazırlıq xarakteri daşıyır”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, İrəvanda fəaliyyət göstərən qondarma “artsax” nümayəndəliyi” Ermənistanın Baş naziri Nikol Paşinyanın əleyhinə yönəlmiş siyasi mərkəzə çevrilib:

“Paşinyan hər nə qədər ölkəsində “Qarabağ hərəkatına” imkan verilməyəcəyini bəyan etsə də, reallıqda separatçıların fəaliyyət azadlığı davam edir. Keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan məhz Qarabağ məsələsindən istifadə etməklə siyasi səhnəyə geri dönməyə çalışırlar. Bu, daxili siyasi mübarizənin bir hissəsidir.

Qərbin Rusiya-Ukrayna müharibəsində zəif mövqe sərgiləməsi danışıqlarda Moskvanın əlini gücləndirib. Bu vəziyyət Paşinyanın Qərbyönlü siyasətinə birbaşa təsir göstərir və Kremlin İrəvana təzyiqlərinin artmasına səbəb olur. Paşinyan hazırda Qərblə açıq qarşıdurmadan yayınmağa çalışır. O, seçki ərəfəsində də Rusiya ilə münasibətlərdə balanslı mövqe nümayiş etdirəcək. Ancaq məqsədi sadəcə qalib gəlməkdir. Qələbə qazandıqdan sonra yenidən öz ənənəvi – Qərbyönlü siyasətinə qayıtması ehtimalı yüksəkdir. Çünki Rusiyanın orbitinə geri dönmək Paşinyanın siyasi iflası ola bilər”.


Məhəmməd Əsədullazadə

Politoloq əlavə edib ki, Rusiyanın bölgədə yenidən fəallaşması sülh prosesini ləngidir:

“Kreml sülh müqaviləsinin imzalanmasında maraqlı deyil və bu məqsədlə danışıqların Moskvada keçirilməsini təklif edir. Hətta İrəvan Rusiyanın təşviqi ilə danışıqlarda qondarma “artsax” nümayəndəsinin iştirakını təmin etməyə çalışacaq. Bu isə sülh prosesini faktiki olaraq pozmaq cəhdidir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana son səfəri də bu planın tərkib hissəsidir. Əgər Paşinyan plana qoşularsa, bu, regionda sülh strategiyasının tamamilə iflasa uğraması və Avropa İttifaqı ilə münasibətlərin kəskin şəkildə pisləşməsi ilə nəticələnə bilər”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 May 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri