Icma.az
close
up
RU
Rusiyaya maraq azalır: Vətəndaşlıq almaq istəyənlərin sayı kəskin düşüb

Rusiyaya maraq azalır: Vətəndaşlıq almaq istəyənlərin sayı kəskin düşüb

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya Daxili İşlər Nazirliyinin statistikasına görə, Rusiya vətəndaşlığı almaq istəyənlərin və ölkədə yaşamaq üçün icazə alanların sayı əhəmiyyətli dərəcədə azalıb.
 

Sfera.az “NTV” yə istinadən xəbər verir ki, 2024-cü ildə cəmi 209 min nəfər Rusiya pasportu alıb. Bu rəqəm son beş ilin ən aşağı göstəricisi hesab olunur.
 

Eyni zamanda, Rusiyadan deportasiya edilən xarici vətəndaşların sayı rekord həddə çatıb. Daxili İşlər Nazirliyi bu tendensiyanı miqrasiya sahəsində nəzarətin gücləndirilməsi ilə əlaqələndirir.
 

Rusiyalı ekspertlər hesab edirlər ki, bu göstəricilərə Crocus Hall-da baş verən terror aktı və xarici vətəndaşların ölkələrinə qaytarılması ilə bağlı yetərli tədbirlərin görülməməsi də təsir edib.

Rusiya Daxili İşlər Nazirliyinin 2024-cü ilin yanvar-dekabr ayları üzrə açıqladığı miqrasiya hesabatına əsasən, bu dövrdə 209 min nəfərə Rusiya vətəndaşlığı verilib. Bu, 2023-cü illə müqayisədə 44,8% azalma deməkdir.
 

Nazirlik həmçinin xarici vətəndaşlara Rusiya ərazisində yaşamaq üçün verilən icazələrin də kəskin azaldığını açıqlayıb. 2024-cü ildə 44,5 min nəfərə müvəqqəti yaşamaq icazəsi verilib ki, bu da 2023-cü illə müqayisədə iki dəfə azdır. 214,9 min nəfərə daimi yaşamaq icazəsi təqdim edilib və bu göstərici də 21,3% azalma qeydə alınıb.
 

Nazirlik “yeni rusların” sayının azalmasını 2022-2023-cü illərdə yeni bölgələrdə yaşayanların sadələşdirilmiş qaydada pasport alması ilə izah edir. Bununla yanaşı, bu tendensiya miqrasiya nəzarətinin sərtləşdirilməsi ilə də bağlıdır.

2024-cü ildə 190,2 min nəfər Rusiyadan deportasiya edilib ki, bu da 2023-cü illə müqayisədə 31,1% çoxdur. Onların 157 mini Rusiyanın qanunlarını pozduğuna görə ölkəni tərk etmək məcburiyyətində qalıb.
 

Bundan əlavə, 1757 nəfər Rusiya vətəndaşlığından çıxarılıb. Daxili İşlər Nazirliyi, “Daxili işlər orqanları, Rusiyanın qanunvericiliyinə əməl etməyən xarici vətəndaşların ölkəyə girişini məhdudlaşdırmaq üçün işləri gücləndirib” açıqlamasını verib.
 

Rusiya polisi ölkəyə girişin qadağan edilməsi ilə bağlı 267,2 min müraciət göndərib. Bu, 2023-cü illə müqayisədə 93,8 min daha çoxdur.
 

Dövlət Dumasının MDB İşləri Komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin fikrincə, Rusiya vətəndaşlığına keçmək istəyənlərin sayının azalmasının başqa səbəbləri də var. Kommersant qəzetinə açıqlamasında Zatulin bildirib: “Davam edən müharibə şəraitində, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fonunda və xüsusilə də Qərbdə ‘rus’ sözünün neqativ mənada qəbul edildiyi bir dövrdə vətəndaşlığa marağın azalması təəccüblü deyil”.


Bəsti Rəfizadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://sfera.az
archiveBu xəbər 27 Mart 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri