Rusiyaya qarşı sanskiyalar buna səbəb oldu Fitso
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaları Moskvanın öz təminatını gücləndirir.
Axar.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso Feysbuk platformasında videomüraciət edərkən deyib.
Fitso Ukraynaya hərbi kreditlərin verilməsini və bəzi Avropa ölkələrinin Slovakiya nümayəndə heyətinə Moskvaya getmək üçün öz hava məkanlarından keçməyə icazə verməməsini tənqid edib. O, bu cür hərəkətlərin qarşılıqlı etimadı zəiflətdiyini vurğulayıb.
Digər tərəfdən, Fitso Ukraynada üç günlük atəşkəsi alqışlayıb və münaqişəyə danışıqlar yolu ilə tez bir zamanda son qoyulmasına çağırıb.
“Moskvadakı görüşümüz zamanı Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibə ilə bağlı mövqeyindən mən AB-dəki tərəfdaşlarım üçün bir çox ciddi nəticələr çıxardım.
Bir daha təsdiqləndi ki, Avropa Birliyi Rusiya ilə bərabərhüquqlu siyasi dialoq aparmır”, - deyə baş nazir əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 10 May 2026 09:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















