Rusiyaya rəğbət bəsləyən yazıçını Almaniyada qayıqda güllələyiblər
News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yazıçı Aleksandra Frolix Hamburqda qayıqda öldürülmüş vəziyyətdə tapılıb.
News24.az xarici mediaya istinadla xəbər verir ki, Hamburq polisi alman əsilli yazıçının qətli ilə bağlı araşdırmalara başlayıb.
58 yaşlı yazıçı aprelin 22-də öldürülmüş vəziyyətdə oğlu tərəfindən tapılıb. O, meyidi çayın sahilində bağlanmış qayıqda tapıb.
Polis qadının güllələndiyini və qətl silahının çaya atılmış ola biləcəyini bildirib. Qətlin motivləri bəlli deyil.
Frolix karyerasına qadın jurnalının redaktoru olduğu Ukraynada jurnalist kimi başlayıb. Daha sonra o, Almaniyada jurnalist kimi çalışıb və 2012-ci ildə ilk romanı “Mənim rus qayınanam və digər fəlakətlər”i nəşr etdirib.
Müəllifin öz təcrübələrinə əsaslanan roman 50.000-dən çox nüsxə satılıb və “ Spiegel” əsəri bestseller siyahısına daxil edib.
Frolix həm də ruslarla dostluq haqqında başqa bir kitabın ,“Ruslarla səyahət”in müəllifi idi.
Yazıçının üç övladı qalıb./Musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 28 Aprel 2025 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















