Icma.az
close
up
RU
Rusiyaya sığınan LİDERLƏR Onların taleyi NECƏ OLDU?

Rusiyaya sığınan LİDERLƏR Onların taleyi NECƏ OLDU?

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Suriyanın devrilmiş pezidenti Bəşər Əsədin Rusiyaya qaçması və sığınacaq alması heç kəs üçün təəccüblü olmadı.

News24.az xəbər verir ki, Rusiya vaxtilə dəstək verdiyi liderləri, diktatorları heç vaxt dar ayaqda sahibsiz qoymur. Bəşər Əsəd son illərdə ən çox Moskvaya güvənirdi, indi də elə oraya pənah aparıb.

ABŞ və Avropanın güclü dövlətləri bu sarıdan ardıcıl deyillər. Onlar diktatorlarla, hakimiyyətdə olduqları zaman dostluq, müttəfiqlik edirlər. Ancaq onlar büdrəyəndə, devriləndə, ölkələrindən qaçanda yiyə durmurlar.

Çünki diktatorların böyük korrupsiya cinayətlərindən tutmuş kütləvi insan qətllərinə qədər yüz cür cinayətləri açılır, demokratik dövlətlər isə bu odioz canilərə sığınacaq verməklə həmin cinayətlərə ortaq olmaq istəmirlər, guya ki, sifətlərini qoruyurlar.

Bir neçə parlaq nümunəyə baxaq.

Məlumdur ki, İran hökmdarı Məhəmmədrza şah Pəhləvi hakimiyyətdə olduğu müddət ərzində özünü ABŞ və Böyük Britaniyanın vassalı kimi aparıb, bu iki dövlətin bir sözünü iki etməyib, ölkəsinin sərvətini onlara peşkəş edib.

Ancaq 1978-ci ildə şaha qarşı xalq üsyanı və itaətsizlik başlayanda İranın Qərb müttəfiqləri yavaş-yavaş bu qənaətə gəliblər ki, Məhəmməd Rza Pəhləvinin hakimiyyətdən gedici olduğu və etirazların hərbi yolla yatırılmasının uğurlu alınmadığı şəraitdə şah rejimini dəstəkləməyə ehtiyac yoxdur.

ABŞ-nin o zamankı səfiri Sallivan Pəhləviyə deyib ki, artıq onu ölkədə olması ABŞ üçün arzuolunmazdır. Bundan əlavə, amerikalı general Hayzerin İran zabitləri ilə müxalif islamçılar arasında əlaqələr yaratmağa çalışıb. Məqsəd şahı xərcləmək, hakimiyyətə yeni gələn qüvvələrlə işbirliyinə gedərək ABŞ-nin maraqlarını qorumaq olub.

1979-cu il yanvarın 6-da Qvadelupada ABŞ, Böyük Britaniya, Fransa və Almaniya arasında danışıqlar aparılıb və orada İrandakı vəziyyət müzakirə edilib, sülalə rejimin fatihəsi verilib. Bu görüşdən sonra şah anlayıb ki, Qərb daha monarxiyaya dəstək verməyəcək.

 İran şahı Məhəmməd Rza Pəhləvi və ABŞ prezidenti Riçard Nikson

1979-cu il yanvarın 16-da Məhəmməd Rza Pəhləvi şəxsi “Boeing 707” təyyarəsi ilə Tehranı tərk edib və Misirə gedib. Hətta şah Qahirədən başqa yerə aparılacağından qorxduğu üçün uçuş zamanı və uçuşun ilk saatında təyyarəni şəxsən idarə edib. Çünki onun artıq ABŞ-yə etibarı qalmayıbmış, hesab edirmiş ki, Ağ Ev onu tutub Xomeyninin tərəfdarlarına verə bilər.

Devrilmiş şah əvvəlcə Misirə getsə də, sonra Mərakeş, Baham adaları və Meksikaya sığınıb. İranın yeni hakimiyyəti bütün ölkələrdən onun verilməsini tələb edib. Bu arada keçmiş monarxın səhhəti pisləşib. O, müalicə üçün ABŞ-a gələndə, 1979-cu ilin noyabrında ABŞ-nin İrandakı səfirliyinin binası ekstremistlər tərəfindən ələ keçirilib. Dekabrın 15-də ABŞ şah Pəhləvini Panamaya yola salıb. O, bir neçə ay Kontadora adasında yaşayıb, sonra (24 mart 1980-ci ildə) yenidən Misirə köçüb və 60 yaşındaykən orada vəfat edib.

(Maraqlıdır, şah oğlu Məhəmmədrza hansı yaşda hakimiyyətdən devrilmişdisə, diktator oğlu Bəşər Əsəd də təxminən o yaşda hakimiyyətini itirdi).

Bir İran şahı deyil, ABŞ Çili diktatoru Auqusto Pinoçetə də yiyə durmayıb, Nikaraqua tiranı Anastasio Samosaya da, başqalarına da.

Rusiya (SSRİ) isə hələ ötən əsrin 70-ci illərində Çilidə Pinoçet tərəfindən devrilən Alyende hökumətinin ikinci şəxsi Luis Korvalana sığınacaq vermiş, onu ölkədə böyük təmtəraqla qarşılamışdı. 

1983-cü ilin avqustunda Korvalan qeyri-leqal şəkildə Çiliyə qayıdıb. Bu, onun Sov.İKP MK-ya müraciətindən və Siyasi Büronun 1983-cü ildə qəbul etdiyi qapalı qərarından sonra baş tutub. O zaman Kreml onun görkəmini dəyişdirən üç plastik əməliyyat təşkil edib.

1992-cü ilin may ayının 14-də yenidən hakimiyyətə qayıtmaq istəyən Ayaz Mütəllibov ertəsi gün AXC-nin rəhbərlik etdiyi etirazçıların təzyiqi ilə ölkədən çıxası olanda Moskvaya üz tutdu. Sonrakı illərdə rəsmi Bakı onu nə qədər tələb etsə də, Rusiya eks-prezidenti Bakıya verməkdən imtina etdi. Kreml hətta həyatının son illərində Mütəllibovun vətəndə asudə yaşamasına qarantiya aldı.

Biri “uğurlu” (1993, iyun), o biri uğursuz (1994, oktyabr), iki qiyam törədən, nəticədə baş nazir postundan qovulan Surət Hüseynov da dar ayaqda Rusiyaya sığındı, ancaq o, kiçik fiqur olduğundan 3-4 ildən sonra qolubağlı qul kimi Azərbaycana verildi. Rusiyaya sığınan başqa xırda fiqurların da aqibəti elə oldu. Ancaq Moskva keçmiş DTK generalı Vaqif Hüseynovu sona qədər Azərbaycana vermədi, çünki Hüseynov onun öz adamıydı.

Qırğızıstanın avtoritar lideri Əsgər Akayev 2005-ci ildə xalq üsyanı ilə vəzifəsindən devriləndə çox ləngimədən Moskvaya sığındı. Eks-prezident hazırda orada yaşayır, işləyir. O, vətənində hələ də arzuolunmaz şəxsdir, amma Moskva onu Bişkekə vermək fikrində deyil.

Ancaq Akayevin devrilməsində əsas rollardan birini oynayan və onun yerinə keçən Kurmanbek Bakiyev 5 ildən sonra (2010-cu ildə) eyni aqibətlə üzləşərək devriləndə Belarusa qaçdı. Belarus prezidenti Lukaşenko ona sığınacaq verdi və Bakiyev Minskdə daşınmaz əmlaklar alaraq, şah kefində yaşamaqdadır.

Ukrayna prezidenti Viktor Yanukoviç 2014-cü ilin 22 fevralında xalq üsyanı nəticəsində devriləndə Rusiyaya yerləşdi və hələ də rus tankının üstündə Kiyevə gedərək vəzifəsinə bərpa olunacağı günü gözləyir. Əslində Rusiya və Ukrayna arasında müharibənin qanlı fazaya keçməsi bu hadisə ilə çox bağlıdır. Rusiya Krım və Donetski Yanukoviçin devrilməsindən sonra işğal etdi, xüsusi hərbi əməliyyatı isə onun devrilməsinin 8-ci ildönümündə başlatdı.

Bunlardan başqa, Kreml Ermənistanda hakimiyyətdən uzaqlaşdırılmış Köçəryan-Sarkisyan tandemini məsafədən qorumaqdadır. Köçəryan istədiyi gün Rusiyadan sığınacaq ala bilər, ancaq o, ölkəsində qalmağı üstün tutur. RF prezidenti Putin isə onu ad günlərində, başqa əlamətdar günlərdə şəxsən arayaraq təbrik edir, ona dəstəyini nümayiş etdirir.

Beləcə, Rusiya bu jestlərlə dünyada və regionda dəstəklədiyi digər dövlət başçılarına mesaj verir ki, qorxmasınlar, bəd ayaqda sığınacaq yerləri var.

İndi hansı daha pisdir: illərlə istifadə olunan avtoritar rejim yiyələrini, diktatorları sonda tərk edib, taleyin ümidinə buraxmaq, yoxsa öz xalqına qarşı cinayət törətmiş odioz adamları sona qədər müdafiə etmək?\\Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://news24.az
archiveBu xəbər 11 Dekabr 2024 01:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri