Rüşvətxor polis polkovniki belə tutuldu: TƏFƏRRÜAT FOTO
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Rusiyada Beloyarski rayonu polis idarəsinin rəisinin saxlanılması barədə xəbər vermişdik.
Lent.az yerli mediaya istinadla bildirir ki, bu gün məhkəmə polis polkovniki Yuri Boriskin barəsində həbs qətimkan tədbiri seçib.
Məlumata görə, polkovnik saxlanılarkən ciddi müqavimət göstərib. Belə ki, Boriskin qandallanmağı gözləməyib: avtomobilinə minərək, qaçmağa cəhd edib. Təhlükəsizlik əməkdaşları dərhal onun arxasına düşüb və təqib zamanı polisin avtomobili ağaca çırpılıb. Buna baxmayaraq, Boriskin təslim olmayıb.
O, maşından çıxaraq daxili təhlükəsizlik əməkdaşlarına qarşı əlbəyaxa davaya başlayıb. Nəticədə, təqib edən əməkdaşlardan birinin qolu qırılıb, digəri isə döyülüb. Ümumilikdə iki “xüsusi təhlükəsizlik” əməkdaşı xəsarət alıb.
Lakin bütün müqavimətlərə baxmayaraq, Boriskin saxlanılıb.



