Saatlıda qaz problemi Deputat çağırış etdi
Icma.az, Publika.az saytına istinadən bildirir.
“Saatlıda kəndlərin dördə birinin qazı yoxdur. Mən hər il büdcə müzakirəsində bu məsələni qaldırıram. Ancaq heç bir irəliləyiş əldə olunmur".
Publika.az xəbər verir ki, bunu deputat Əziz Ələkbərli Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
“SOCAR-ın prezidentinin bu günlərdə imzaladığı cavab məktubundan aydın oldu ki, 2025-2030-cu illərdə Saatlı rayonunun 11 kəndindən yanlız 1-ə qaz çəkilə bilər. Digər 10 kəndə 2030-a qədər qaz çəkilməyəcək. Bildirilib ki, ölkə ərazisində 399 kəndə qaz çəkilməsi iqtisadi cəhətdən səmərəsizdir. Digər rayonları deyə bilmərəm. Ancaq Saatlı rayonunun qazsız kəndləri hamısı bir-birinin yanındadır. Tam düzənlik ərazidir. Qaz magistral xətləri kəndlərin tam kənarından keçir. Belə olan halda qaz çəkilişi iqtisadi cəhətdən niyə səmərəsizdir? Xahiş edirəm bu məsələ diqqət mərkəzində saxlanılsın”,- deputat vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 26 Noyabr 2024 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















