“Sabah” aksiya keçirdi
futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Sabah” və “Bank Respublika” birgə aksiya həyata keçirib.
Futbolpress.az xəbər verir ki, “Sabah”ın futbolçuları ölkənin aparıcı banklarından olan və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində daha öncə bir çox aksiya həyata keçirmiş “Bank Respublika”nın əməkdaşları ilə birgə Masazırda yerləşən “Bank Respublika Arena”nın ətrafında yerli iqlim şəraitinə uyğun 100-ə yaxın ağac əkiblər.
Aksiyanın keçirilməsində əsas məqsəd ağac əkməklə ekoloji tarazlığın yaranmasına, ətraf mühitin qorunmasına kömək etmək, həmçinin gənc nəslin diqqətini yaşıllıqların qorunmasına yönəltmək olub.
Qeyd edək ki, “Bank Respublika” mütəmadi olaraq ətraf mühitin qorunması, ekoloji şəraitin yaxşılaşdırılması istiqamətində müxtəlif sosial aksiyalar təşkil edir. Bank, həmçinin ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi istiqamətində fəaliyyət göstərən müəssisələri maliyyələşdirir və müxtəlif ekoloji layihələrə dəstək göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 30 İyun 2026 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















