Sabah la Araz Naxçıvan uduzdu, Azərbaycanın ən yaxın izləyicisi dəyişdi REYTİNQ
Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avrokuboklarda 3-cü təsnifat mərhələsinə yekun vurulub.
Fanat.Az-ın məlumatına görə, ötən gecə baş tutan oyunlardan sonra UEFA ölkələrin reytinqini yeniləyib.
Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib. Buna səbəb Konfrans Liqasındakı təmsilçilərimiz "Sabah"la "Araz-Naxçıvan"ın məğlub olaraq mübarizəni dayandırması səbəb olub.
Nəticədə cari mövsümdə qazanılan əmsal dəyişməz qalıb - 2.125. Hazırda ölkəmizin ümumi xal ehtiyatı 19.250-yə bərabərdir.
Qitə sıralamasında 28-ci yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Ancaq ən yaxın izləyicimiz dəyişib. Bolqarıstan əmsalını 18.375-ə çatdıraraq Rusiyanı (18,299) qabaqlayıb və 29-cu yerə yüksəlib. Bir pillə öndə - 27-ci yerdə qərarlaşmış Ukraynanın xal ehtiyatı isə 19,725-dir.
55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (90.839) başçılıq edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 15 Avqust 2025 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















