“Sabah” “Slaviya”dan üstün futbol sərgilədi”
futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Sabah” Çempionlar Liqasının II turunda “Slaviya”nı məğlub edib – 2:0.
Azərbaycan millisinin sabiq futbolçusu Mahmud Qurbanov matçla bağlı “Futbolpress.az”ın suallarını cavablandırdı:
– Qələbəni necə şərh edərdiniz?
– “Sabah” əla qələbə qazandı. Çempionlar Liqasındakı ilk qalibiyyət yaxşı oyunla əldə olundu. Müdafiədə bacardıqları qədər inamlı çıxış etdilər.
– Favorit rəqib olsa da, oyun planında “Sabah” geri qalmadı. Qələbənin açarını nədə görürsünüz?
– Düşünürəm ki, “Sabah” “Slaviya”dan üstün futbol sərgilədi. Hesab da bunu göstərdi. Təmsilçimiz hücumda ələ düşən fürsətləri maksimum dəyərləndirə bildi. Bəzi epizodlarda boşluqlar oldu, amma qapıçı Stas Pokatilov seyvləriylə komandanı xilas etdi. “Sabah”ın əsas gücü hücum xəttidir və bundan məharətlə istifadə etdilər.
– Növbəti rəqib “Borussiya”dır. Bu matçdan gözləntiləriniz nələrdir?
– “Borussiya” Almaniyanın ən yaxşı komandalarındandır. Güclü kollektivdir və Bundesliqada yaxşı çıxış edirlər. Matç Bakıda olmasına baxmayaraq, favorit onlardır. Amma “Sabah”ın da ciddi müqavimət göstərəciyini düşünürəm. Məncə, bir xal qazanmaq olar. Alınarsa, qələbəyə bərabər xal olacaq.
“Sabah” 2 turdan sonra 3 xalla 21-ci sıradadır. Komanda növbəti raundda Almaniyanın “Borussiya” (Dortmund) klubu ilə üz-üzə gələcək.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 14 Oktyabr 2026 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















