Icma.az
close
up
RU
“Sabah”ın baş məşqçisi “Milyonçu” yarışmasını qalibi olubmuş

“Sabah”ın baş məşqçisi “Milyonçu” yarışmasını qalibi olubmuş

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Sabah”ı tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə çıxaran litvalı baş məşqçi Valdas Dambrauskasın futbol karyerasına başlaması olduqca maraqlı tarixçəyə malikdir.

Modern.az xəbər verir ki, 2002-ci ildə, 25 yaşında olarkən Dambrauskas “Kim milyonçu olmaq istəyir?” televiziya proqramında iştirak edib və yarışmanın qalibi olaraq təxminən 120 min rubl qazanıb.

Həmin dövrdə bu məbləğ gənc litvalı üçün İngiltərəyə köçmək və orada təxminən bir ay yaşamaq üçün kifayət edib. Dambrauskas İngiltərədə olduğu müddətdə futbol məşqçiliyi ilə bağlı təhsil almağa başlayıb. O, məşqçilik akademiyasında təhsil keçməklə yanaşı, futbol sahəsində ilk ciddi təcrübəsini də qazanıb.

Litvalı mütəxəssis daha sonra “Mançester Yunayted”in uşaq komandalarında işləməyə başlayıb. Beləliklə, onun məşqçilik karyerasının təməli məhz İngiltərədə qoyulub. İllər sonra isə Dambrauskas Avropanın müxtəlif ölkələrində çalışaraq peşəkar məşqçi kimi formalaşıb və bir sıra klublarda baş məşqçi vəzifəsini tutub.

Onun karyerasının son uğurlarından biri isə Azərbaycan futbolu ilə bağlıdır. Dambrauskasın rəhbərlik etdiyi “Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel Beer-Şeva”nı mübarizədən kənarlaşdıraraq tarixində ilk dəfə turnirin əsas mərhələsinə yüksəlib.

Beləliklə, 25 yaşında televiziya yarışmasında qazandığı pulla İngiltərəyə köçən Dambrauskasın məşqçilik yolunda “Mançester Yunayted”in akademiyası və müxtəlif Avropa klublarından keçən karyerası onu Azərbaycan futbolunun tarixi uğurlarından birinə gətirib çıxarıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Avqust 2026 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri