Sabiq deputatın şirkəti fəaliyyətini dayandırıb 1,5 milyon borcu var
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Sabiq millət vəkili İqbal Məmmədova məxsus olan “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi (VÖEN – 1600019501) fəaliyyətini dayandırıb.
Yeniavaz.com xəbər verir ki, şirkətin hazırda dövlət büdcəsinə böyük həcmdə – 1 milyon 439 min 787 manat 18 qəpik vergi borcu da var.
Qeyd edək ki, təxminən bir neçə il əvvəl “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin vergi borcu 10 milyon manata yaxın olub.
Məlumat üçün bildirək ki, “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi 16 oktyabr 1996-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 45 000 dollar olan şirkət sabiq deputat İqbal Məmmədov tərəfindən təsis olunub.
2022-ci ildə “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin Türkiyə vətəndaşı olan təsisçilərindən biri Rafet Ekmekçioğlu özünə məxsus 50% payı İqbal Məmmədova verib. Nəticədə “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin təsisçisi 100% payla İqbal Məmmədov olub.
Onu da bildirək ki, İqbal Məmmədovun rəhbərlik etdiyi daha bir şirkət – “Azqazservis” MMC (VÖEN – 1401716381) ləğv olunduğunu elan edib. Lakin qeyd edək ki, ləğvetmə elanına baxmayaraq, şirkət bu günə kimi ləğv olunmayıb.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Sabiq deputatın şirkəti cərimələnir
17 Yanvar 2025 20:05
Azərbaycanda keçmiş deputatın 1,5 milyon vergi borcu var
23 Oktyabr 2025 14:11
Syerra Leonenin ən böyük almaz mədən şirkəti fəaliyyətini dayandırıb
13 May 2025 17:51
Uçan taksi şirkəti fəaliyyətini dayandırdı
26 Dekabr 2024 16:38
Türkiyə şirkəti Azərbaycandakı fəaliyyətini dayandırır
13 Mart 2025 19:30
Baxış sayı:48
Bu xəbər 24 Dekabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















