Icma.az
close
up
RU
Syerra Leonenin ən böyük almaz mədən şirkəti fəaliyyətini dayandırıb

Syerra Leonenin ən böyük almaz mədən şirkəti fəaliyyətini dayandırıb

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Syerra-Leonenin ən böyük almaz mədən şirkəti Koidu Limited əmək haqqı və iş şəraiti ilə bağlı mübahisəyə görə fəaliyyətini dayandırıb və demək olar ki, bütün əməkdaşları işdən çıxarıb.

525.az xəbər verir ki, bu barədə Reuters həmkarlar ittifaqının prezidenti Çarlz Keynsiyə istinadən xəbər yayıb.

Syerra-Leonenin əmək nazirliyi may ayının əvvəlində şirkətdən 1000-dən çox işçinin ixtisar edildiyini bildirib. Hal-hazırda, əvvəllər işləyənlərin yalnız kiçik bir hissəsi şirkətin Fritaundakı mərkəzi ofisində işə davam edir.

Əmək haqqı ABŞ dollarının məzənnəsinə uyğunlaşdırıldığı üçün işçilər faktiki maaşlarının yalnız 30%-ni alıblar. Üstəlik, işçilər zəif iş şəraitində çalışıblar içməli suya belə təmin olunmayıblar. Bütün bunlara görə ötən ilin şirkətin mədənlərində tətil başlayıb, amma işçilər şirkət rəhbərliyi ilə razılığa gələ bilməyiblər.

Reuters-in məlumatına görə, şirkət bundan əvvəl ölkənin birinci xanımı Fatimə Bionu münaqişəni qızışdırmaqda ittiham edib. O, mart ayında tətildən sonra Koidu mədənlərinin yerləşdiyi əraziyə baş çəkib və sosial mediada şirkətin siyasətini tənqid edib. Daha sonra şirkətin direktoru Qustaf Fredrik Bodin Bioya məktub göndərərək onu şirkətin daxili işlərinə qanunsuz müdaxilədə, qızışdırmaqda, böhtan atmaqda günahlandırıb, nəticədə şirkət 16 milyon dollardan çox maliyyə itkisinə məruz qalıb və müvafiq iddia qaldıracağı ilə hədələyib.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://525.az
archiveBu xəbər 13 May 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see365

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see223

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see214

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see197

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see192

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see183

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see177

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see173

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see172

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see170

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see149

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see145

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see140

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see137

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see136

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see136

“Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmaq böyük fədakarlıqdır“

04 Yanvar 2026 22:01see134

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see131

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri