Icma.az
close
up
RU
Sabiq nazirin oğlu: 400 minlik yeyintidən xəbərim olmayıb

Sabiq nazirin oğlu: 400 minlik yeyintidən xəbərim olmayıb

Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Formula 1-ə ayrılan pulları mənimsəmə ittihamı ilə mühakimə olunan Çingiz Mehdiyev mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovu məhkəməyə çağırır.  "Qafqazinfo” A. Rəhimovun bu cinayət işi üzrə istintaq başlayan vaxt prokurorluqda müstəntiqə nə danışdığını öyrənib. 

Əvvəlki yazılarımızdan birində A.Rəhimovun bu iş üzrə dindirilməsi barədə qısa məlumat versək də, məhkəmə istintaqı başlamadığı üçün əlavə nə isə qeyd edə bilməmişdik. A. Rəhimov "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin rəhbəri olub. Hazırda 400 min manat yeyintidə təqsirləndirilən Çingiz Mehdiyev isə şirkətin şöbə rəisi işləyib. Sonuncunun vəkili məhkəmə istintaqının sonuna yaxın bütün kartları açıb. Müdafiəçi şirkətin rəhbərinin şahid qismində tanınmamasına etiraz edib, "Formula 1-in təşkili üçün 150 milyon ayrılır. Arif Rəhimov da dövlətin hər qəpiyinin xərclənməsinə nəzarət etməli idi” deyib. 

A.Rəhimov isə istintaqa ifadəsində bildirib ki, işçisinin yeyintisindən, xaricə köçürmələr etməsindən xəbəri olmayıb: "Biz işə qoşulanda yarışların başlanmasına 8 aydan az vaxt qalmışdı. Bu səbəbdən işlərin icrasına təxirə salınmadan başlanılması və qısa müddət ərzində başa çatdırılması üçün Gənclər və İdman Nazirliyinə tapşırıq verildi. Müstəsna hal kimi, Formula 1 Avropa Qran Pri yarışlarının təşkili ilə bağlı satınalma predmetinə aid olan bütün işlərin satınalınması məqsədilə bu sahədə təcrübəsi olan, danışıqlar əsasında seçilən təşkilatlarla birbaşa müqavilə bağlanmasına icazə verildi. Bu səbəbdən "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin İdman şöbəsinə lazım olan mallarla bağlı həmin şöbənin müdiri işləyən Çingiz Mehdiyev sifariş verdi. Həmin sifariş əsasında Təchizat şöbəsinin rəisi işləmiş Zaur Məlikaslanov tərəfindən malların təchizi ilə bağlı "Dayton İnvestments LTD” adlı şirkətin verdiyi təkliflər uyğun olduğundan müsbət qiymətləndirilərək həmin şirkətlə müqavilə bağlanıldı”.

Arif Rəhimovun dediyinə görə, müqavilə bağlanıldıqdan sonra malların qiyməti göstərilməklə sifariş orderi Ç. Mehdiyev tərəfindən tərtib edilib, o və Təchizat şöbəsinin rəisi tərəfindən imzalanıb. Eyni qaydada vergi orqanlarında fiziki şəxs kimi qeydiyyatdan keçmiş Abdullayev Mais Məlik oğlu ilə də müqavilələr bağlanılıb: "Qeyd olunan müqavilələr bağlanan tərəflərin  Mehdiyevlə əlaqəsinin olmasından, müqavilələrə görə dövlət büdcəsidən ayrılmış pul vəsaitinin Çingiz Mehdiyev tərəfindən mənimsənilməsindən məlumatım olmayıb. Eyni zamanda "Bakı Şəhər Halqası” tərəfindən müqavilə əsasında "Dayton İnvestments LTD”yə (Çingiz Mehdiyevin ofşor zona - Seyşel adalarında anasının adına təsis edilmiş şirkət-red.) köçürülən ümumi məbləğdən 359.339,60 ABŞ dolları məbləği hissəsində malların əslində xarici ölkədən gəlməməsindən, Çingiz Mehdiyevin xarici köçürmələr edərək özünün və qardaşının adına ABŞ-də mülklər almasından qətiyyən xəbərim olmayıb”.

Hazırda Mehdiyevin işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırma davam edir. Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi hakimlər Arif Rəhimovun məhkəmədə dindirilməsinin vacib olub-olmadığını fikirləşirlər. Prokuror isə Rəhimovun dindirilməsinə etiraz etmir.

Təqsirləndirilən şəxs isə 397 min 852 manat məbləğində dəymiş ziyanın cəmi 100 min manatını qaytarıb. Hələ ki, qalan hissəni ödəmir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://pravda.az
archiveBu xəbər 21 Noyabr 2024 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see466

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see249

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see199

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see123

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see118

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see114

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see113

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see113

“Rusiyanın təklifləri qəbuledilməzdir” Zelenski

04 İyun 2025 19:51see113

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see113

“Real” 17 yaşlı istedadı transfer etdi

05 İyun 2025 19:13see113

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see113

Feliksə qiymət qoydular

04 İyun 2025 15:28see112

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

06 İyun 2025 07:31see112

“Nursema”nın estetikdən əvvəlki halı diqqət çəkdi

04 İyun 2025 15:39see112

Tədqiqat: Süd Yolunun Andromeda qalaktikası ilə toqquşma ehtimalı daha azdır

04 İyun 2025 12:02see112

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see111

Bayden bildirib ki, prezidentlik dövründə bütün qərarları özü verib

05 İyun 2025 07:21see110

Əməkdaşlığın coğrafiyası genişlənir

04 İyun 2025 11:57see110

Zərdüşt Əlizadə: “AXC xalqla yox, mafiya ilə işləyirdi”

04 İyun 2025 15:44see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri