Icma.az
close
up
RU
Azərbaycanın Mərkəzi Asiya platformasında tamhüquqlu iştirakçı statusu qazanması tarixi əhəmiyyət kəsb edir RƏY

Azərbaycanın Mərkəzi Asiya platformasında tamhüquqlu iştirakçı statusu qazanması tarixi əhəmiyyət kəsb edir RƏY

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 16 noyabr, AZƏRTAC

Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələr, inteqrasiya və əməkdaşlıq münasibətləri genişlənməkdədir. Prezident İlham Əliyev Mərkəzi Asiya dövlət başçılarının görüşlərində mütəmadi iştirak edib. Bu baxımdan da Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü də tarixi hadisə kimi yadda qaldı.

Bunu AZƏRTAC-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib.

O bildirib ki, Daşkənddə əldə olunan razılaşmaya əsasən, Azərbaycan artıq Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısıdır. Bu, Azərbaycanın xarici siyasət prioritetlərinin formalaşması, geostrateji mövqeyinin güclənməsi və Mərkəzi Asiya ilə əməkdaşlıq imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın Qara dənizə tranzit çıxışında və Xəzər hövzəsində yerləşməsi regionla əlaqələrin inkişafına əlverişli imkan yaradır.

“Görüşdə imzalanan sənədə Mərkəzi Asiya ölkələrinin liderləri imza atıblar və Azərbaycan Məşvərət Görüşünün tamhüquqlu üzvlüyünə qəbul olunub. Bundan sonra Azərbaycan Mərkəzi Asiya liderlərinin toplantılarında mütəmadi və hüquqi əsasda iştirak edəcək”, - deyə politoloq vurğulayıb.

O deyib ki, Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığı, geosiyasi əlaqələri və nəqliyyat-logistika sahəsində fəaliyyəti genişlənir. Bu isə Orta Dəhliz və Zəngəzur dəhlizi kimi qlobal nəqliyyat axınlarının tənzimlənməsinə, milyardlarla dollar tranzit gəlirinə və ortaq maraqların həyata keçirilməsinə şərait yaradır.

“Türk Dövlətləri Təşkilatının inkişafı və gələcəyi baxımından Mərkəzi Asiya ilə əlaqələr əhəmiyyətlidir, çünki regionda dörd türkdilli qardaş dövlət mövcuddur. Daşkənddə əldə olunan razılaşma həm Azərbaycan-Özbəkistan münasibətlərinin möhkəmlənməsini, həm də yeni əməkdaşlıq və geosiyasi imkanların açılmasını təmin edir", - deyə İlyas Hüseynov bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see236

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see173

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see159

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see146

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see143

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see139

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see134

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see131

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri