Icma.az
close
up
RU
Sabiq XİN rəhbəri ifşa etdi: Soveti millətlərarası ziddiyyətlər dağıtdı, indi eyni təhlükə Rusiyanı gözləyir!

Sabiq XİN rəhbəri ifşa etdi: Soveti millətlərarası ziddiyyətlər dağıtdı, indi eyni təhlükə Rusiyanı gözləyir!

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Tofiq Zülfüqarov: "Bənzər hadisələr vaxtı ilə Sovet ittifaqı dağılan dövrdə baş verirdi"

Belə çıxır ki, Rusiyanı bir-biri ilə rəqabətdə olan müxtəlif siyasi mərkəzlər idarə edir

Rusiya azərbaycanlılara qarşı güc tətbiqi və xüsusi amansızlıqla törədilən əməllər, qətllər diskriminasiya və milli ayrı-seçkiliyin bariz nümunəsidir. Halbuki, Rusiya Federasiyası həm milli qanunvericilik, həm də beynəlxalq öhdəliklər çərçivəsində insan hüquqlarını təmin etməyi öhdəsinə götürüb. Bu cür pozuntular yalnız fərdi azadlıqlara təhdid deyil, həm də konstitusion hüquqi rejimin pozulması anlamına gəlir. Azərbaycan indiyədək Rusiya ilə münasibətlərə xələl gəlməsinə rəvac verəcək heç bir addım atmayıb. Amma Rusiya tərəfindən son illər ərzində Azərbaycana yönəlik onlarla addımlar atılıb. Şübhəsiz, baş verən hadisələr Rusiyanın daxili siyasətində xaosdan xəbər verir. Rusiya daxildə cəmiyyətə qarşı qanunları sərtləşdirərək təzyiq etdiyi kimi, xarici siyasətində də eyni üsuldan istifadə edir. Rusiyanın indiki siyasəti iqtisadiyyatı və insan resurslarını məhvə doğru aparır. Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko da olayları şərh edib. O bildirib ki, Rusiya təhlükəsizlik qüvvələri tərəfindən etnik azərbaycanlılara qarşı törədilən zorakılıq, işgəncə və qeyri-insani rəftar, hətta ölümlə nəticələnən xəbərlərdən dərin narahatdır. Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb. Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.


Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Sherg.az-a açıqlamasında bildirib ki, baş verən adi hadisə yox, cinayətdir. Sabiq XİN başçısı qeyd edib ki, məhkəmədən kənar hansısa qurumların müəyyən ittihamlarla hökm verməsi, insanları mühakiməsiz cəzalandırması, öldürməsi qəbuledilməzdir:

 "Cinayət məsuliyyəti məhkəmədə müəyyən olunur. Bu, ilk növbədə Rusiya qanunlarının pozulmasıdır. Hətta həmin azərbaycanlıların Rusiya vətəndaşlığı olsa belə, məruz qaldıqları münasibət yolverilməzdir. Əslində, Rusiyada sadəcə azərbaycanlılar yox, digər millətlərin nümayəndələri də bu cür təzyiqlərə məruz qalırlar. Ən yüksək səviyyədə Qırğızıstan, Tacikistan və başqa ölkələr dəfələrlə bəyanatlar verirlər ki, Rusiyanın şovinist siyasəti qəbuledilməzdir. Bu cinayəti törədən və onu sifariş edən dairələr və qüvvələr mütləq aşkar edilməli, cəzalandırılmalıdır. Məsələnin həllini tapması təkcə Azərbaycana yox, elə Rusiyanın özünə də lazımdır. Reallıq odur ki, hazırda Rusiyada digər millətləri "ikinci sort" sayırlar. Yəni bu gün azərbaycanlıların başına gətirilənlər sabah başqa millətlərə tətbiq olunacaq. Hüquq-mühafizə orqanları tərəfindən törədilən cinayətlər az qala təbliğ olunur. Rusiyada yüksək səviyyəli rəsmilər kifayət qədər ciddi şovinist bəyanatlar səsləndirirlər. Sanki başa düşmürlər ki, bu cür hadisələrin geniş vüsət alması Rusiyanın dağılmasına gətirib çıxara bilər. Çünki Rusiyada həddindən artıq çox millətlər yaşayır. Moskva bu siyasi məntiqlə davam edərsə, insanları "birinci sort", "ikinci sort"a bölərlərsə, sonu fəlakət olar. Rusiya dövləti Orta Asiyadan olan insanları da alçaldırlar. Rusiya televiziyalarında bu münasibət təbliğ olunur. Çox ciddi hadisədir. Rusiya buna son qoymalıdır".


T.Zülfüqarovun qənaətincə, elə təəssürat yaranır ki, Rusiyanın hakim dairəsində müxtəlif qanadlar bir-biri ilə mübarizə aparırlar:

 "Belə çıxır ki, Rusiyanı bir-biri ilə rəqabətdə olan müxtəlif siyasi mərkəzlər idarə edir. Hazırda Rusiya çox ciddi böhran qarşısındadır. Bənzər hadisələr vaxtı ilə Sovet ittifaqı dağılan dövrdə baş verirdi. Sovet imperiyasını iqtisadi problemlər yox, məhz millətlərarası münasibətlər dağıdıb. İndi Rusiyada müxtəlif dairələr bu məsələni qabardırlar. Rusiyanın həm daxili, həm də xarici siyasətində məntiq axtarmaq çox çətindir. Münasibətləri yüksək səviyyədə olan Azərbaycana qarşı bu cür təxribatlar kimin xeyrinədir?! 2001-ci ildə baş vermiş hadisəni əsas gətirərək iki nəfər azərbaycanlını öldürmək, digərlərini yaralamaq, onlarla insanı saxlamaq nə deməkdir? Deməli, Rusiyanın daxilində hansısa qüvvələr ölkəni dağıtmaq siyasətini icra edirlər. Bu, onların işidir, özləri bilərlər, amma bizim soydaşlarımızın təhlükəsizliyini təmin etmək üçün Azərbaycan dövləti hər zaman xalqımızın yanındadır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 İyul 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see208

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see202

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see177

“Vüqar Məmmədovun həbsi sifarişlidir” SAMİR ZEYNALOV

17 Noyabr 2025 21:38see164

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see140

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see130

Dünyanın ən nəhəng abidələri

17 Noyabr 2025 06:02see129

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see127

Taksi sürücüləri və sərnişinlər arasında imtiyaz savaşı : Problem nə vaxt həll olunacaq?

17 Noyabr 2025 08:53see125

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see124

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see124

Elşad Əliyev istefa ərizəsi yazdı

17 Noyabr 2025 16:24see124

ABŞ hava limanlarında uçuş məhdudiyyətini aradan qaldırır

17 Noyabr 2025 07:18see123

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see123

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see123

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see119

“İlin sonuna qədər böyük qadağalar olacaq” Zenfira Əlişqızından müğənnilərə XƏBƏRDARLIQ ÖZƏL+FOTO

17 Noyabr 2025 09:58see118

Avtomobillərin arxasındakı yazılar mesaj, zarafat, yoxsa təhlükə mənbəyi? ARAŞDIRMA

17 Noyabr 2025 13:36see117

ABŞ ın San Dieqo şəhərində Azərbaycan Amerika dostluq konserti təşkil olunub

17 Noyabr 2025 07:16see117

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri