Icma.az
close
up
RU
Sabir Rüstəmxalı: “Şah rejimi qayıdarsa, İran parçalanacaq” AŞIQLAMA

Sabir Rüstəmxalı: “Şah rejimi qayıdarsa, İran parçalanacaq” AŞIQLAMA

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

"Bəzi ölkələr İranın sərvətlərinə göz dikib. Məhz bu səbəbdən Rza Pəhləvidən bir alət kimi istifadə edirlər"

İranda 2025-ci il dekabrın 28-dən etibarən milli valyutanın ABŞ dolları qarşısında kəskin dəyər itirməsi və dərinləşən iqtisadi böhran şəraitində başlayan etiraz aksiyaları qısa müddətdə ölkənin müxtəlif şəhərlərini əhatə edib. Artıq 12 gündür davam edən aksiyalar zamanı ölənlərin sayı 38-ə çatıb, onlarla insan yaralanıb, 2 min 217 nəfər isə saxlanılıb. Hakimiyyətin sərt mövqeyi isə dəyişməz qalır. İnqilab Keşikçiləri Korpusu yanvarın 5-də yaydığı açıqlamada nümayişçilərə qarşı heç bir güzəştə gedilməyəcəyini açıq şəkildə bəyan edib. Etirazların ən gərgin mərhələsində, ABŞ-də sürgündə olan, devrilmiş İran şahının oğlu Rza Pəhləvinin yaydığı video, ölkədə yeni dalğalanma yaradıb. Sosial şəbəkələrdə 80 milyondan çox baxış toplayan müraciətində, Pəhləvi, xalqı küçələrə çıxmağa çağırıb. Bu çağırışdan dərhal sonra bir sıra şəhərlərdə genişmiqyaslı toqquşmalar qeydə alınıb. Rza Pəhləvinin “Mən vəzifəni icra etməyə hazıram” mesajı isə cəmiyyətdə həm ümid, həm də dərin şübhələr doğuraraq, ölkədəki siyasi temperaturu daha da yüksəldib. Artan gərginliyi nəzərə alan rəsmi Tehran isə bir sıra şəhərlərdə internetə çıxışın məhdudlaşdırılması barədə qərar qəbul edib. İran xalqının yaddaşı isə hələ də 1979-cu ilin hadisələri ilə yüklüdür. Məhz həmin ildə şah rejiminin devrilməsinin əsas səbəbi, Şah Məhəmməd Rza Pəhləvinin ölkəni avtoritar üsullarla idarə etməsi, müxalif fikrin və azad sözün boğulması olmuşdu. SAVAK adlı gizli polis minlərlə insanı təqib, həbs edir və işgəncələrə məruz qoyurdu. 1979-cu ilin əvvəlində ordunun, şahı tam dəstəkləməkdən imtina etməsi ilə rejimin dayaqları sarsıldı. Fevral ayında Ayətullah Ruhullah Xomeyni sürgündən İrana qayıdaraq, qısa müddətdə ölkənin ali siyasi-dini liderinə çevrildi. Həmin ilin aprelində keçirilən referendumda əhalinin böyük əksəriyyəti monarxiyanın ləğvini və İslam Respublikasının yaradılmasını dəstəklədi. Beləliklə, İran şahlıq sistemindən imtina edərək, teokratik idarəetmə modelinə keçdi. Lakin azadlıq və ədalət gözləntiləri uzunmüddətli siyasi və sosial məhdudiyyətlərlə əvəz olundu. Bu gün həm monarxiyanın, həm də İslam Respublikasının sərt üzünü görmüş, İran xalqının Rza Pəhləvinin çağırışlarına inanaraq, yenidən onun arxasınca gedib-getməyəcəyi hələlik açıq sual olaraq qalır.

Məsələ ilə bağlı sabiq deputat, Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri, Sabir Rüstəmxalı Sherg.az-a açıqlamasında bildirib ki, İranda molla rejimi devrildiyi təqdirdə onun yerinə şah rejiminin gəlməsi ölkənin parçalanmasına gətirib çıxara bilər:

“Rza Pəhləvinin müəyyən bölgələrdə tərəfdarları olsa da, İran cəmiyyətinin böyük əksəriyyəti onu şah kimi qəbul etməyə hazır deyil və bu ssenari daha çox xarici maraqlara xidmət edir. Molla rejimindən qurtulmaq istəyən bəzi çevrələr, Rzanı alternativ kimi görsələr də, bu yanaşma reallığı əks etdirmir. İranın bir sıra vilayətlərində Rza Pəhləvinin tərəfdarları var və molla rejimindən xilas olmaq üçün onu dəstəkləyənlər mövcuddur. Lakin İran cəmiyyətinin böyük hissəsi, indiki rejimdən narazı olmasına baxmayaraq, Rza Pəhləvini şah kimi qəbul etməz”.

S.Rüstəmxanlının fikrincə, Pəhləvilər sülaləsinin geri qaytarılması ideyası, İranın daxili dinamikalarından deyil, daha çox xarici siyasi maraqlardan qaynaqlanır:

“Rza Pəhləvi özünü siyasətçi hesab edir və bəzi dövlətlər molla rejimindən çıxış yolunu onun hakimiyyətə gəlməsində görürlər. Mən isə Pəhləvilər sülaləsinin yenidən hakimiyyətə qayıtmasını İran üçün son dərəcə təhlükəli bir hadisə hesab edirəm. Bəzi ölkələr İranın sərvətlərinə göz dikib. Məhz bu səbəbdən Rza Pəhləvidən bir alət kimi istifadə edilə bilər. O, Amerikanın oyuncağıdır. Rza Pəhləvinin İran xalqı ilə real əlaqəsi yoxdur”.

Sabiq deputat bildirib ki, tarixi təcrübə belə ssenarilərin ağır nəticələr doğurduğunu göstərir:

“Atasının İrandan qalmaqallı qaçışı hələ də yaddaşlardan silinmədiyi halda, oğlunun İran xalqına kömək iddiası, ictimai etimad baxımından mübahisəli görünür. Vaxtilə şah rejimi devrilərkən Ayətullah Ruhullah Xomeyni Fransadan təyyarə ilə İrana gətirilmişdi. Bu gün isə tarixi yenidən təkrarlamaq istəyirlər. Müəyyən qüvvələr İran siyasətinin səhnəsinə bu dəfə şahın oğlunu çıxarmağa hazırlaşır. İranın taleyinin dəyişməsi üçün molla rejiminin devrilməsi gözlənilir, amma bu proses mütləq dinc yolla, xalqın istəyi ilə və kənar qüvvələrin müdaxiləsi olmadan baş verməlidir. İran xalqı xarici ölkələrin əlində oyuncağa çevrilməməlidir”.

S.Rüstəmxanlının qənaətinə görə, şah rejiminin bərpası İranı daha ağır sınaqlarla üz-üzə qoya bilər:

“Ümumilikdə İran xalqı Pəhləvilər sülaləsinin geri qayıtmasını istəmir. Əgər İran İslam Respublikası dağılsa və onun yerinə şah rejimi gəlsə, bu halda İranı parçalanma gözləyəcək”.

Aybəniz Səfərova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Yanvar 2026 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri