Icma.az
close
up
RU
Sabitlik, tərəqqi və beynəlxalq etimad: yeni mərhələnin prioritetləri

Sabitlik, tərəqqi və beynəlxalq etimad: yeni mərhələnin prioritetləri

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin adı, fəaliyyəti və siyasəti inkişaf və sabitlik anlayışları ilə assosiasiya olunur. Cənab İlham Əliyevin siyasi portretini tamamlayan cizgilər sırasında Onun həm müdrik dövlət xadimi, həm də uğurlu siyasətçi imici xüsusi yer tutur”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.Deputat bildirib ki, Azərbaycan Prezidenti ölkənin geosiyasi mövqeyindən, ərazi xüsusiyyətlərindən, əhali sayından və digər faktorlardan asılı olmayaraq öz strateji iradəsi əsasında müstəqil siyasət yeridə biləcəyini əyani şəkildə – əməli fəaliyyəti ilə sübuta yetirib. Bu səbəbdən də dövlətimizin başçısının beynəlxalq müstəvidə də nüfuzu davamlı olaraq yüksəlir. Buna Davos İqtisadi Forumu çərçivəsində keçirilən görüşlərdə və tədbirlərdə bir daha şahid olduq. Xüsusilə, “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasında səsləndirilən fikirlər bütün bunları təsdiqləyir. Panel iclasında Prezident İlham Əliyevlə yanaşı Serbiyanın Prezidenti Aleksandar Vuçiç, Türkiyədən “Limak Holdinq”in İdarə Heyətinin sədri Ebru Özdəmir və Ermənistan Prezidenti Vaaqn Xaçaturyan da iştirak edib. İclasda Cənubi Qafqazda sülh prosesi də diqqət mərkəzində olub. Dövlətimizin başçısı sülh prosesi ilə bağlı bildirib ki, əldə olunan nəticə, həqiqətən, Ermənistanın, Azərbaycanın və Cənubi Qafqazın xeyrinədir. Maraqlı məqam odur ki, Ermənistan prezidenti fikirlərini bildirərkən dəfələrlə cənab İlham Əliyevə istinad edib və onunla razı olduğunu söyləyib. O, Azərbaycan Prezidenti İlham Əliyevin “gələcək bizdən asılıdır” fikri ilə tam razı olduğunu söyləyərək qeyd edib ki, ölkələrimizin liderləri öz siyasi iradələrini qətiyyətlə nümayiş etdirirlər: “Cənab Prezident İlham Əliyevin söylədiyi kimi, biz siyasi qətiyyəti sülh üçün nümayiş etdirdik ki, artıq bundan sonra əməli tədbirlər sülhü sübut etsin, təsdiq etsin”. Vaaqn Xaçaturyan Prezident İlham Əliyevə təşəkkür də edib. Əlbəttə, vaxtilə torpaqlarımızı 30 il işğal altında saxlamış bir ölkənin prezidentinin belə fikirlər söyləməsi təsadüfi deyil. Bunun səbəbi cənab İlham Əliyevin “dəmir yumruğu” – qətiyyət və gücüdür. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin Prezident İlham Əliyevin liderliyi ilə azad olunması dövlətimizin gücünü Ermənistanla yanaşı bütün dünyaya nümayiş etdirdi.Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin hərb, siyasət, diplomatiya və informasiya-təbliğat müstəvisində strategiyasının uğurlu nəticələri təkcə Azərbaycanın tarixi Zəfərində öz əksini tapmayıb. Cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətləri və qətiyyətli mövqeyi fonunda həyata keçirilən strateji kursun nəticəsində həm də çox mühüm geostrateji reallıqlar yaranıb. Bu reallıqlar, ilk növbədə, Azərbaycan dövlətinin gücününü göstəricisi olmaqla yanaşı, ölkəmizə tərəqqi, regiona rifah və inkişaf vəd edir. Azərbaycan Prezidentinin strateji təşəbbüsləri özündə həm tarixi ənənələri, həm mənəvi dəyərləri, həm siyasi reallıqları, həm də milli maraqları ehtiva edir. Bu amillər dünya ölkələrini də İlham Əliyev faktoru ilə hesablaşmağa təşviq edir. Cənab İlham Əliyevin dünya səviyyəlıi siyasi xadim olduğunu bir çox ölkələrin liderləri də etiraf edirlər. Buna nümunə olaraq, Davosda Serbiyanın Prezidenti Aleksandar Vuçiçin fikirlərini göstərmək olar. O deyib: “Cənab Prezident İlham Əliyevin söylədiyi fikirlərlə bağlı bir mövqe var: o, həqiqətən də müasir dünyada böyük, dahi liderlərdən biridir və indiki dövrdə belə bir lideri çox nadir halda görmək olur. Bunun çox böyük təsir effekti var və bu, danılmamalıdır. Bəli, biz müasir Azərbaycanı görürük”.“Bəli, Azərbaycan Prezidenti İlham Əliyevin böyük şəxsiyyət və güclü lider olduğu beynəlxalq müstəvidə də etiraf olunur. Azərbaycan xalqı olaraq biz öz liderimizlə qürur duyuruq”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.

Sevinc Fətəliyeva

Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:28
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Yanvar 2026 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri