Icma.az
close
up
RU
Sabitlik və inkişafa xidmət edən əməkdaşlıq körpüsü

Sabitlik və inkişafa xidmət edən əməkdaşlıq körpüsü

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri mühüm önəm kəsb edir. Səfər zamanı iki ölkənin dövlət başçılarının təkbətək və nümayəndə heyəti ilə birlikdə apardıqları müzakirələr dövlətlərarası əlaqələrin inkişafında vacib əhəmiyyətə malikdir.

Prezidentlərin mətbuata verdikləri bəyanatlarda vacib məsələlərə toxunulub. Dövlətimizin başçısı Almaniya Prezidentinin Azərbaycana səfərinin əhəmiyyətindən bəhs edərək, bunun əlaqələrimizə yeni müsbət təkan verəcəyini bildirib. Qeyd olunub ki, həm təkbətək görüşdə söhbət əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilib. Bu baxımdan cənab İlham Əliyev 2 ölkə arasında iqtisadi sahədə əldə edilmiş nəticələrə diqqət çəkib. Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Almaniya arasındakı ticarət dövriyyəsinin təxminən üç dəfə artıdığı qeyd edilib. Bunun əsas səbəblərindən biri kimi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artmasının olduğu bildirilib. Eyni zamanda ölkələr arasında gələcək illərdə ticarət dövriyyəsinin şaxələndirilməsi ilə bağlı daha fəal addımların atılmasının vacibliyi önə çəkilib. Xüsusilə bərpaolunan enerji sahəsində Almaniya şirkətlərinin təcrübəsinin tətbiqinin mümkünlüyü vurğulanıb. Sözsüz ki, Azərbaycanın bu istiqamətdə çox böyük proqramı və planları mövcuddur. Məhz ölkəmizin əsas prioritelərindən biri xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü altı giqavata çatdırmaq hədəfi var.
Prezident İlham Əliyev, həmçinin 2024- cü il Bakıda keçirilən COP29 beynəlxalq iqlim konfransının uğurlu nəticələrini də ali qonağın diqqətinə çatdırıb. Ötən il Azərbaycan COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi fonunda bu istiqamətdə Almaniya ilə çox fəal əməkdaşlıq edilib. COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdi və bu amil onun qlobal əhəmiyyətli bir konfrans olduğunu, uğurlu nəticələrlə yadda qaldığını sübut edir. Dünya dövlətlərinin əksəriyyətinin iştirak etdiyi COP29 konfransında tarixi qərarlar qəbul edildi.
Dövlət başçılarının mətbuat konfransında Azərbaycanın 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkdiyi, xalqımızın etnik təmizləməyə məruz qaldığı və torpaqlarımızın təxminən 20 faizinin işğal altına düşdüyü qeyd edilib. Eyni zamanda, beynəlxalq təşkilatların bu məsələ ilə bağlı ciddi addım atmadığı, Azərbaycanın bu münaqişəni və beynəlxalq hüququ döyüş meydanında və siyasi müstəvidə həll etdiyi Almaniya Prezidentinin və nümayəndə heyətinin diqqətinə çatdırılıb. Məhz Azərbaycanın əldə etdiyi tarixi Zəfər sülh danışıqlarına yol açıb. Bunun fonunda Ermənistanla sülhün əldə edilməsində mövqelər bir-birinə kifayət qədər yaxındır.

Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri