Icma.az
close
up
RU
Sabunçunun “qanunsuz sərvət” modeli Adil Vəliyevin biznesi və xalqın susqunluğu

Sabunçunun “qanunsuz sərvət” modeli Adil Vəliyevin biznesi və xalqın susqunluğu

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın rayon və qəsəbələrində aparılan qanunsuz tikinti işlərinin miqyasına nəzər salsaq, ilk sırada Sabunçu rayonu xüsusi yer tutur. Görünən odur ki, bu ərazidə qanunsuzluqlar sistemli şəkildə həyata keçirilir və bu proseslərə rayonun icra başçısı Adil Vəliyevin birbaşa və ya dolayı yolla nəzarət etdiyi istisna olunmur.

Hurriyyet.az xəbər verir ki, "DogruXeber.az" redaksiyasına daxil olan məlumatlar və müşahidələr əsasında bəlli olur ki, Adil Vəliyevin qanunsuz yollarla qazandığı vəsaitlər, bu gün onun gənc, amma ictimaiyyətə savadı və bacarığı bəlli olmayan oğlu Ənvər Ənvərliyə məxsus nəhəng biznes strukturlarına yönləndirilib. Maraqlıdır, bu qədər mülkləri və biznesləri olan gənc "iş adamı" haradan bu qədər maliyyə qaynağı tapıb? Cavab bəllidir – ataların oğullar üçün qurduğu çirkli imperiyalar.

“Ədalət” deyəndə bizə gülürlər... Bu gün ölkədə vətəndaş sadə bir köhnə daxma tikmək istədikdə dərhal dövlətin bütün qurumları onun üstünə tökülür, ancaq Sabunçuda onlarla qanunsuz villa, obyekt və torpaq işğalları göz görə-görə baş verir və heç kim bu prosesə “dur” demir. Bu da onu göstərir ki, rayon rəhbərliyi öz maraqları naminə qanunları ayaq altına atmaqdan çəkinmir.

Ən acınacaqlısı isə budur ki, xalq bu acınacaqlı duruma sadəcə tamaşa edir. Uzun illərdir susqunluq, qorxu və laqeydlik içində çürüyən bir toplumun içində bu cür məmur özbaşınalığı baş alıb gedir.

“Biznesmen” məmur balaları və şəhid övladları... Adil Vəliyev timsalında müşahidə etdiyimiz bu "idarəçilik modeli", təəssüf ki, ölkədə tək nümunə deyil. Onlarla, yüzlərlə məmur övladı eyni sxemlə varlanır, xalqın çörəyi, dövlətin büdcəsi hesabına milyonluq bizneslər qurur, amma nə vergidən xəbər var, nə də məsuliyyətdən.

Daha faciəli bir nüansa toxunmaq lazımdır – 44 günlük Vətən Müharibəsi zamanı canını ortaya qoyan onlarla gənc torpaq uğrunda şəhid oldu, lakin həmin dövrdə bəzi məmur övladları evlərində rahatlıq içində oturub, mükafatlar və fəxri fərmanlarla "qəhrəman" oldular. Hətta bəziləri Müdafiə Nazirliyinin təqdimatı ilə “yardım göstərdiklərinə görə” mükafatlandırıldılar. Sual olunur: bu yardımlar harada, kimə və necə göstərildi? Dövlət orqanları bu suallara cavab verməyə nə vaxt hazır olacaq?

Bax elə Ənvər Adil oğlu Ənvərli də bu kateqoriyadandır. Gənc yaşında milyonluq bizneslər, nəhəng obyektlər, vətəndaşdan oğurlanmış imkanlarla dolu bir “kariyera”. Bunlar ədalətin, bərabərliyin, şəhid qanı ilə yoğrulmuş torpağın harasında uyğundur?

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 İyul 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri