Icma.az
close
up
RU
Saçlarımızı ev şəraitində bərpa edirik

Saçlarımızı ev şəraitində bərpa edirik

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Bəzi prosedurlar (saçların rəngləməsi, süni uzadılması və s.), saçlara düzgün olmayan qulluq, düzgün olmayan qidalanma, xroniki streslər saçları quru və cansız edir.

Qış aylarında saçlar xüsusilə əziyyət çəkir. Kondisioner, istilik sistemləri saçları daha da qurudur.

Saçların bərpa prosesini ilk növbədə düzgün qidalanmadan başlamaq lazımdır. Saçları daxildən qidalandırmaq çox vacibdir. Bu qaydaya əməl etmədikdə saçları bərpa etmək mümkün deyil. Qidalanmanıza daim meyvə-tərəvəz, göyərti, yarmaları, süd məhsulları, yumurta, yağlı olmayan ət, balıq daxil edin. Qızardılmış, yağlı, duzlu, hisə verilmiş, konservləşdirilmiş qidaları menyunuzdan xaric edin.

Saçların vəziyyətinə A vitamini çox müsbət təsir edir, onlara təbii parlaqlıq və yumşaqlıq verir. Kök, balqabaq, bolqar bibəri, ərik, qara ciyər, balıq yağı, yarmalar, kərə yağı bu vitaminlə zəngindir. Hər səhər "gözəllik salatı" yeyin: 1 dənə kök, 1 tikə balqabaq sürtgəcdən keçirilir, ərik qurusu və qara qavalı xırda doğranılır, üzərinə 1 çay qaşığı zeytun yağı əlavə olunur, yaxşı qarşdırılır. Salatı 30 dəqiqə ərzində masanın üzərində saxlayın (tərəvəzlər yumşalsın və şirə çıxsın) və sonra qəbul edin. Həm dadlı, həm də faydalıdır.

E vitamini də saçların vəziyyətini yaxşılaşdırır. Bu vitamin müxtəlif bitki yağlarında (zeytun, qarğıdalı, günəbaxan) çoxdur.

Kalsium (süd məhsulları), selen (balıq, çərəzlər), maqnezium (banan, darı yarması, soya), sink (qara ciyər, ət, lobya, qarabaşaq, yulaf yarması) kimi mikroelementlər saçların sağlamlığı üçün olduqca vacibdir.

Düzgün və xeyirli qidalanmadan əlavə mayenin qəbulu da çox vacibdir. İnsan lazım olan miqdarlarda maye qəbul etmədikdə onun saçları və dərisi quru olur. Bu səbəbdən gün ərzində 2 l maye qəbul etmək lazımdır. Bu adi təmiz su, kompotlar, ot çayları, yaşıl çay və s. ola bilər.

Beləliklə, saçların vəziyyətini yaxşılaşdırmaq üçün ilk növbədə düzgün və xeyirli qidalanmadan və mayenin kifayət miqdarda qəbuldan başlamaq lazımdır.

Həmçinin saçları xaricdən də qidalandırmaq lazımdır. Bunun üçün həftədə 2 dəfə bərpaedici maskalar etmək lazımdır.

Bu kimi maskalardan istifadə edə bilərsiniz:

- 1 xörək qaşığı ayıpəncəsi yağı, 1 xörək qaşığı gənəgərçək yağı, 1 xörək qaşığı ərik yağı, 1 dənə yumurta sarısı, 1 çay qaşığı bal yaxşı qarışdırılır və saçlara çəkilir. Daha sonra saçları sellofan plyonkaya, sonra dəsmala bükmək və 2 saatdan sonra qidalandırıcı şampunla yaxşı yumaq lazımdır.

- 1 xörək qaşığı çaytikanı yağı, 1 xörək qaşığı ayıpəncəsi yağı, 1 çay qaşığı A vitamini və 1 çay qaşığı E vitamini (apteklərdə satılır) yaxşı qarışdırılır və saçlara çəkilir. Sonra saçları sellofan plyonkaya, daha sonra dəsmala bükmək və 2 saatdan sonra qidalandırıcı şampunla yaxşı yumaq lazımdır.

- 1 çay qaşığı təzə mayanın üzərinə bir qədər ilıq su tökün və isti yerə qoyun. Maya qıcqırmağa başladıqda 1 yumurtanın sarısını, 1 xörək qaşığı xama və 1 çay qaşığı bal əlavə edin və qarışdırın. Yuxarıda təqdim olunan maskalar kimi istifadə olunur.

- Yağla massaj da çox yaxşı kömək edir. Bir qədər gənəgərçək və ya ayıpəncəsi yağı buxarda qızdırılır (isti olmamalıdır!) və massaj hərəkətləri ilə baş dərisinə sürtülür. Massajı 10-15 dəqiqə etmək lazımdır.

Bunlardan əlavə xüsusi saçlar üçün olan vitaminləri qəbul etmək olar (vitaminləri həkim təyin etməlidir).

Düzgün qidalanma, mayenin kifayət qədər qəbulu, maskaların və massajın istifadəsi saçlarınızın vəziyyətini yaxşılaşdıracaq. Lakin səbirli olun, effekt 1 aydan sonra görünə bilər.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 01:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see402

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see294

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see268

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see240

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see224

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see204

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see202

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see200

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see190

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see186

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see181

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see178

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see177

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see177

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see170

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see170

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see167

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see163

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see156

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri