Icma.az
close
up
RU
Saçların tez uzanması üçün 10 effektiv üsul...

Saçların tez uzanması üçün 10 effektiv üsul...

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Saçların xanım və kişilər üçün çox önəmli olduğunu bilərək, bir çoxlarının vaxtında, digərlərinin isə müəyyən zamandan sonra onlara qulluq edəcəkləri gün nə zamansa gəlib çatır.

Müasir zamanın tələbləri  qeyri- normal qidalanma, ciddi iş qrafiki və digər məqamlara görə saçlarımız demək olar gündəlik olaraq mənfi təsirə məruz qalır. Solğun rəngli, parıltısız, kövrək və uzun zaman uzanmayan saçlar çoxları üçün problemə çevrilir. Bu məqalədə sizə saçların tez uzadılması üçün nələr etmək lazım olduğunu təqdim edirik:

Beləliklə, 1 -ci üsul.

Nikotin turşusu(B3 vitamini, PP vitamini, nikosinamid) bir çox saça baxım vasitələrinin tərkibində vardır. Bu maddə, uzanmanın güclənməsi və saçların möhkəmlənməsinə cavabdehdir. Adının siqaretlə heç bir əlaqəsi yoxdur. Onun sayəsində saçlar nəmlənir, saç  kökləri möhkəmlənir, qan dövranı yaxşılaşır və nəticədə saçların uzanması güclənir. Bu maddə ilə aparılan kursu sona qədər keçən insanlar, 1 ayda saçların 4 sm artmasını deyirlər. Nikotin turşusu apteklərdə satılır.

İstifadəsi: 30 gün ərzində nikotin turşulu ampulaları (gündə 1 ədəd) saçların dibinə sürtmək lazımdır. Sonradan 3-6 ay ara vermək məsləhətdir.

2 - ci üsul.

Bu siyahıda xardal maskası da ön sıralardadır. Xardal dərini isidərək, "yandıran" hiss yaradır və saç soğanağına qan axınını təmin edir.

İstifadəsi: xardal tozu su ilə qarışdırılıb, saç diqbərinə sürtülüb, duş papağı ilə bağlanıb, saçda 15 dəqiqədən 40 dəqiqəyə qədər saxlanıla bilir. Bu maskaya həmçinin yumurta sarısı və yağ əlavə etmək olar. Bu maskanı həftədə 1-2 dəfə olmaqla, bir ay ərzində etmək lazımdır. Sonradan 6 ay ara vermək məsləhət görülür.

3 - cü üsul.

Zeytun və gənəgərçək yağı(kastorka) saç ların möhkəmlənməsi və onların uzadılması üçün xeyirli olan xüsusiyyətləri ilə hamiya tanışdır. Bu yağları saçların dibində uclarına qədər sürtmək, isti bir dəsmal ilə bağlamaq  və 30 dəqiqəə saxlamaq lazımdır. Bir ay ərzində saçlarınız hər yuduqda bu maskanı istifadə etsəniz, nəticəni görəcəksiniz.

4 - cü üsul.

Uzun saçlar istəyirsinizsə, o zaman rasionunuza bu vitaminləri əlavə edin:

- B qrup vitaminləri(B3, B5, B6) saçların sağlamlığı üçün əvəzolunmazdır.

- Biotin - onun azlığı saç tökülməsinə səbəb olur.

- İnozit maddəsi saçların inkişafı üçün mütləqdir. Buğda, qoz, portağal və yemişin tərkibində vardır.

- C vitamini baş dərisinin qan dövranını yaxşıılaşdırır və saç folikuluna kömək edir.

- E vitamini baş dərisinin oksigenlə zənginləşməsinə, qan dövranının güclənməsinə səbəb olur.

- Sink, saçların uzanmasına səbəb olur və immun qorumanı təmin edir.

5 - ci üsul.

Baş dərisinə də detoks lazımdır. Trixoloqların fikirlərinə əsasən, baş dərisində toksinlərin yığılması və oksigen çatışmazlığı nəticəsində, dəri atonik və cansız olur. Bu səbəbdən, soğanaqların kövrəkliyi artır və onlar sağlam saç istehsal edə bilmirlər. Toksinləri çıxaran, folikulları qoruyan və stimullaşdıran məhsulları istifadə etməniz məsləhət görülür. Bir çox mərkəzlərdə "baş dərisini detoksı "xidməti təklif olunur. Ev şəraitində isə bunu yalnız detoks- şampununu istifadə etməklə edə bilərsiniz.

6 - üsul.

Saçların uzanması üçün enerji tələb olunur. Saç folikkulları isə bu enerjini  orqanizmdən aldığına görə, uzun və sağlam saçlara sahib olmaq istəyənlər balanslaşdırılmış qida rasionuna fikir verməlidirlə. Bu qida rasionunun əsasını isə zülal təşkil edir. Bu o deməkdir ki, gündəlik qida rasionunuza: ət, balıq, yumurta, yoqurt, süd və qoz daxil olunmalıdır.

7 - ci üsul.

Mütləq olaraq, şampun, balzam, maska və saç qulluğu üçün istifadə olunan vasitələri baş dərinizin tipinə uyğun seçin. Əks halda olmayan yerdə yeni bir problem yaratmış olarsınız.

8 - ci üsul.

Saçları yuduqda, baş dərisini  bir neçə dəqiqə masaj etmək məsləhət  görülür. Bu, saç folikullarını oksigenlə təmin edir. Saçların fensiz quruması daha yaxşı olar. Bunu heç deyilsə yay aylarında etmək lazımdır.

9 - cu üsul.

Saçların ən aşkar uzdılma üsulu, onları 7-8 ay ərzində kəsməməkdir. Lakin, o qədər də rahat üsul deyil. Belə ki bu müddət saçlara olan baxım 2 dəfə artıq olmalıdır. Bu aylar ərzində mütləq olaraq, maskalar, yuylduqdan sonra sürtülən qoruyucu və qidalandırıcı sprey və kremlədən istifadə etmək lazımdır. Bu üsulla siz, həm saçların uzanmasını aşkar görəcəksini, həmçinin maskalar və digər vasitlərlə saçlarınıza qulluq etməklə  onlara sağlam və gözəl görkəm verəcəksiniz.

10 - cu üsul.

Beləlilkə son üsul da həmçinin baş dərisi ilə əlaqəlidir. Artıq məlum olduğu kimi baş dərisi üçün yaxşı qan dövranı lazım olduğundan, baş dərisi isə öz növbəsində folikkulara bir başa təsir etdiyindən, daxilə qəbul etdiyiniz məhsullardan əlavə xarici təsiri olan vasitələrə də əl atmaq olar. Belə ki, kosmetik vasitələrdən sayılan ampulalara diqqət yetirin. Bunlardan nanə və ya çay ağacı cövhəri çox məsləhət görülür. Bundan əlavə saç inkişafını stimullaşdıran şampunlar, baş dərisinin pilinqi üçün istifadə olunan skrablar da öz nəticəsini göstərmiş olacaqlar.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:250
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see936

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see395

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see347

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see335

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see312

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see305

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see267

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see265

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see246

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see205

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see183

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri