Sadiq Qurbanov: “Aqrar sahədə emissiyaların idarə olunması böyük problemlərdən biridir”
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Aqrar sahədə emissiyaların idarə olunması böyük problemlərdən biridir.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu gün rəhbərlik etdiyi komitənin iclasında bildirib.
Onun sözlərinə görə, kənd təsərrüfatında bu məsələlərə diqqət yetirilməlidir: “Biz Kənd Təsərrüfatı Nazirliyi və Milli Məclisin Aqrar siyasət komitəsi ilə birlikdə tədbirlər keçirməyi planlaşdırırıq. Bu mövzuda müzakirələr aparmaq və təkliflər irəli sürmək vacibdir”.
O qeyd edib ki, ekoloji tarazlığın qorunması təhsildən başlayır: “Odur ki, bununla bağlı Elm və Təhsil Nazirliyi və ADA Universiteti ilə tədbir keçirməyi planlaşdırırıq. Fövqəladə halların ekosistemə təsiri ilə bağlı dəyirmi masa keçirəcəyik. Bu tədbirin Fövqəladə Hallar Nazirliyi ilə birlikdə fevralda keçirilməsi planlaşdırılır”.
S.Qurbanov deyib ki, Mədəniyyət Nazirliyi ilə birlikdə “Ekoloji mədəniyyətin rolu” mövzusunda tədbir keçiriləcək: “Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının ekoloji vəziyyəti ilə bağlı dəyirmi masa da keçirəcəyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 24 Yanvar 2025 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















