Sadır Japarov İlham Əliyevə məktb göndərib
Icma.az bildirir, Reyting.az portalına istinadən.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Reyting.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının dünya proseslərinin fəal iştirakçılarından birinə çevrildiyini məmnunluqla qeyd edirəm.
Dünyada ən böyük tədbir olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ilk dəfə olaraq qardaş ölkədə keçirilməsi və yüksək səviyyədə təşkil edilməsi faktı bizi sevindirir.
Əminəm ki, Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq ölkələrimizin xalqlarının rifahı naminə bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, ailə səadəti və ali dövləti fəaliyyətinizdə böyük müvəffəqiyyətlər arzulayıram.
Doğum gününüz münasibətilə Sizi bir daha təbrik edirəm"
Bu mövzuda digər xəbərlər:Sadır Japarov İlham Əliyevə başsağlığı verdi KONKRET
25 Dekabr 2024 13:56
Sadır Japarov Prezident İlham Əliyevə başsağlığı verdi KONKRET
10 Yanvar 2025 19:49
Sadır Japarov İlham Əliyevə: Qırğızıstana qarşıdan gələn səfəriniz çərçivəsində münasibətlərin inkişafı üçün zəmin yaradacağıq
24 Dekabr 2025 18:16
Sadır Japarov Bakıda FOTO
11 Noyabr 2024 21:58
Sadır Japarov Azərbaycandadır FOTO
11 Noyabr 2024 22:13
Baxış sayı:194
Bu xəbər 23 Dekabr 2024 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















