Icma.az
close
up
RU
Şadlıq sarayında spirtli içki üstündə mübahisə: Bəyin qardaşı nişan məclisini dağıtdı

Şadlıq sarayında spirtli içki üstündə mübahisə: Bəyin qardaşı nişan məclisini dağıtdı

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bərdə rayonunda şadlıq sarayında dava düşüb, nişan məclisində iştirak edən bəyin 33 yaşlı qardaşı xuliqanlıq hərəkətləri edib. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin yanvarın 14-də H.Əliyev prospektində yerləşən Səfərəliyevə məxsus “Leyli” şadlıq sarayında baş verib. 
1992-ci il təvəllüdlü Fəqan həmin gün saat 20 radələrində sərxoş vəziyyətdə şadlıq sarayında təşkil olunmuş qardaşının nişan məclisində qonaq qismində iştirak edib. O, məclis sahibinin onun əyləşdiyi masaya yenidən spirtli içki gətirməməsini bəhanə edib və hər hansı bir əsaslı səbəb olmadan ünvansız nalayiq söyüşlər işlədib, səs-küy salıb. 
Daha sonra Fəqan əyləşdiyi 250 manat dəyərində masanı yumruqla qəsdən vuraraq sındırıb. Bundan sonra isə sarayın mətbəxində yerləşən 50 manat dəyərində pəncərənin şüşəsini əli ilə vurub və sındırmaqla ümümilikdə zərərçəkmiş şəxsə  300 manat dəyərində maddi ziyan vurub. 
Hadisəni törədən Fəqanın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Tovuz rayonu, Hunanlar kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır: “Rəsmi olaraq işləmirəm. Fərdi əməklə məşğul oluram, ailəliyım, 1 övladım var. Qardaşım Hüseyn təxminən hadisədən 5-6 ay əvvəl Bərdə rayon sakini Şəmsiyyə adlı qadınla tanış olaraq ailə həyatı qurmaq qərarına gəldi. 2024-cü ilin yanvarında Hüseyn ilə Şəmsiyyənin Bərdə rayonunda nişanmərasimi keçirilməli idi. Şəmsiyyənin anası Familə nişandan əvvəl bizə tez-tez zəng edərək nişan keçiriləcək restoranda masanın birinin 40 manat olduğunu, hazırlıqlı gəlməli olduğumuzu söylədi”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, yanvarın 14-də nişan üçün Bərdəyə gəliblər: “Mən də dostlarım ilə birlikdə Bərdə rayonunda yerləşən şadlıq sarayına gəldik. Nişan saat 18:00-da başladı. Ancaq saat 19:00-da məclisə çatdım. Biz əyləşəndə masada yemək-içməyin zəif olduğunu gördük. 10 nəfərlik masaya cəmisi 1 ədəd 0,7 litrlik araq qoyuldu. Dostlarım ilə araq içdikdən sonra ofisiantdan araq gətirməsini istədim və cibinə nəmər qoydum. Ofisiant isə mətbəxə gedib-qayıdandan sonra araq qalmadığını, məclis sahibinin araq vermədiyini bildirdi. mən isə bundan əsəbləşərək mətbəxə getdim. Mətbəxə getdikdə gəlinin atası Habilin orada olduğunu gördüm. Məclisin sahibi olduğuna görə Habildən araq istədim ki, oturduğum süfrəyə göndərsinlər. Habil isə aqressiv cavab verdi və dedi ki, araq-zad yoxdur, kimin ürəyi araq istəyirsə, getsin özü alsın. Habilin bu sözləri mənə pis təsir elədi və əsəbləşdim. Bu zaman aramızda mübahisə baş verdi. Habil arağın yerini bilmədiyini söylədi və arağı “evin kişisi”ndən istəməli olduğumu söylədi. Mən isə kimi nəzərdə  tutduğunu soruşdum. Habil həyat yoldaşı Familəni nəzərdə tutduğunu söylədi. Bu zaman daha da əsəbləşrək mətbəxin çıxışında olan şüşəyə yumruqla vurdum. Bu zaman məclisin digər iştirakçıları yaxınlaşaraq məni aralaşdırmaq üçün gəldi. Mən  əsəbiləşərək nalayiq ifadə işlətdim. Daha sonra birlikdə  gəldiyim dostlarım məni  restorandan çıxardaraq sakitləşdirməyə çalışdılar. Daha sonra yenidən masaya qayıtdım. Ancaq hirsim soyumadığı üçün masaya yumruqla vurdum. Masa qırıldı. Daha sonra isə dostlarım məni götürərək Bakı şəhərinə apardılar”. 
Bu cinayət işinə Bərdə Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 1500 manat cərimə olunub.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 Sentyabr 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri