Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Şagirdlər arasındakı mübahisə böyüdü: Valideyn məktəb önündə döyüldü KONKRET

Şagirdlər arasındakı mübahisə böyüdü: Valideyn məktəb önündə döyüldü KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Vahid Əkbərovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 2025-ci ildə Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kənd tam orta məktəbində baş verib.

Belə ki, Vahid Əkbərovun 5-ci sinifdə təhsil alan qızı ilə sinif yoldaşı arasında bir neçə gün əvvəl yaranmış mübahisəyə aydınlıq gətirilməsi məqsədilə məktəb rəhbərliyi hər iki tərəfin valideynlərini təhsil ocağına dəvət edib. Məktəb direktorunun otağında aparılan söhbətdən sonra tərəflər ordan çıxıblar.

İttihamda göstərilib ki, məktəb binasının qarşısından keçən kəndarası yolda təqsirləndirilən şəxs zərərçəkmiş Maqsud Davudovun (adı, soyadı şərtidir) ünvanına nalayiq ifadələr işlədərək onunla yenidən mübahisəyə başlayıb. Mübahisə zamanı Vahid Əkbərov əvvəlcə zərərçəkmişə yumruq zərbələri endirib, daha sonra isə yerdən götürdüyü daş parçasını silah qismində istifadə edərək onun baş nahiyəsinə bir neçə dəfə zərbə vurub.

Hadisə nəticəsində Maqsud Davudovun sağ gicgah nahiyəsində yumşaq toxumaların əzilməsi, başın sol təpə-gicgah və təpə-ənsə nahiyələrində əzilmiş yaralar, sol qulaq seyvanında və sol bazu nahiyəsində qançırlar müəyyən edilib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, baş nahiyəsindəki xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti kimi qiymətləndirilib.

Bu səbəbdən təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Lakin işə baxan Füzuli Rayon Məhkəməsi sübutları araşdırdıqdan sonra hadisənin hüquqi qiymətləndirilməsini dəyişib. Məhkəmə hesab edib ki, baş vermiş hadisə ictimai qaydanın kobud şəkildə pozulmasına yönəlmiş xuliqanlıq deyil, şəxsi münasibətlər zəminində baş vermiş münaqişədir. Bu əsasla məhkəmə əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə – qəsdən sağlamlığa yüngül zərər vurma maddəsinə tövsif edib.

Hökmə əsasən, Vahid Əkbərov Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Bununla yanaşı, məhkəmə “Konstitusiya və Suverenlik İli” münasibətilə qəbul edilmiş amnistiya aktını tətbiq edib. Milli Məclisin müvafiq qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən, təqsirləndirilən şəxs təyin olunmuş 6 aylıq azadlıqdan məhrumetmə cəzasını çəkməkdən azad edilib. Həmçinin onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri də ləğv olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Avqust 2026 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see307

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see304

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see282

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see279

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see262

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see255

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see247

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see244

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see239

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see236

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see235

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see223

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see214

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see212

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see209

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see195

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see193

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see188

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see187

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri