Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Sumqayıt ın Antalya toplanışı

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Şagirdlərin texnologiya vərdişlərinə sərhəd qoyulur ? EKSPERT RƏYİ

Şagirdlərin texnologiya vərdişlərinə sərhəd qoyulur ? EKSPERT RƏYİ

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Məktəb insan münasibətlərinin məkanıdır, telefon isə bu əlaqələri pozur

Dərs vaxtı da, tənəffüs zamanı da mobil telefondan istifadə qəti şəkildə yolverilməzdir

Fransa Prezidenti Emmanuel Makronun növbəti tədris ilindən liseylərdə mobil telefonların istifadəsini qadağan etməklə bağlı açıqlaması dünyada yenidən təhsil və texnologiya münasibətlərini gündəmə gətirib. 

Makron, mövcud qanuna görə, orta məktəblərdə artıq telefonların qadağan olunduğunu xatırladıb və bu qaydanı liseylərdə də genişləndirməyi istədiyini bildirib. Təklif olunan tədbirlərdən biri, sosial media platformalarına giriş yaşının 15 olmasıdır. Prezident həmçinin xarici qüvvələr tərəfindən aparılan informasiya savaşına qarşı hazırlıqlı olmaq və sosial mediada kiberzorakılıqla mübarizəni gücləndirmək niyyətindədir.

Fransa Prezidentinin vurğuladığı məqamlar, əslində, bütün ölkələr üçün aktuallığını qoruyan məsələlərdir. Rəqəmsal asılılıqların sürətlə artdığı bir dövrdə məktəblərin bu tendensiya qarşısında müdafiəsiz qalması həm sosial, həm psixoloji, həm də tədris baxımından ciddi nəticələr doğurur.

Bu baxımdan Azərbaycanda vəziyyət də fərqli deyil. Son illər təhsil müəssisələrində telefon istifadəsi ilə bağlı qaydalar tez-tez gündəmə gəlib, məhdudiyyətlərin tətbiqi ilə bağlı müxtəlif təkliflər səsləndirilib. Lakin praktiki mənzərə göstərir ki, valideynlərin övladları ilə daim əlaqədə olmaq istəyi, təhlükəsizlik narahatlıqları və bəzən də övladlarına nəzarəti asanlaşdırmaq məqsədilə telefonlar demək olar ki, hər bir şagirdin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Bunun nəticəsi olaraq dərs prosesində sosial şəbəkələrə daxil olmaq, oyun oynamaq, müəllimlə dialoq zamanı laqeydlik və intizam qaydalarının pozulması halları artmaqdadır. Hətta bəzi məktəblərdə telefon istifadə qaydalarına əməl olunmaması, mobil cihazın dərs mühitini tamamilə kölgədə qoyması artıq adi mənzərə kimi qəbul edilir. Məsələ təkcə texnologiyanın məktəb qapısından içəri daxil olması deyil, onun şagirdin təfəkkürünə, sosial münasibətlərinə və təhsil nəticələrinə təsiri artıq dərin və çoxşaxəlidir. Bu səbəbdən telefon istifadəsi ilə bağlı qərarlar yalnız inzibati məhdudiyyət kimi deyil, gələcək nəsillərin psixoloji sağlamlığı və təhsil keyfiyyəti üçün strateji yanaşmanın vacib tərkib hissəsi kimi dəyərləndirilməlidir.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli “Şərq”ə açıqlamasında bildirib ki, məktəb uşaqların texnologiya ilə bağlı vərdişlərinin sərhədlərinin müəyyənləşdirildiyi yerdir: “Mobil telefonun uşaqdan böyüyə hər kəsin gündəlik həyatında onun rolu danılmazdır. Amma məktəb bu vərdişin sərhədlərinin müəyyənləşdirildiyi yerdir. Burada məsələ təkcə qadağa deyil, uşağın diqqətinin, tərbiyəsinin və sosial davranışının necə formalaşmasıdır.

Hazırda Azərbaycanda bu istiqamətdə mühüm addımlar atılır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, artıq 300-dən çox məktəbdə “Şagird davranış qaydaları”na əsasən dərs zamanı mobil telefon, planşet və digər cihazların istifadəsi qadağan edilib. Bu, pilot layihə kimi tətbiq olunur və gələcəkdə bütün məktəbləri əhatə etməsi planlaşdırılır. Elm və təhsil naziri Emin Əmrullayev də bu prosesin 329 məktəbdə uğurla sınaqdan keçirildiyini bildirib. Məqsəd sadədir: şagirdin diqqətini yalnız tədrisə yönəltmək və sosial öyrənmə mühitini bərpa etmək”.

Ə.Həsənli qeyd edib ki, dövlət bu prosesin institusional səviyyədə aparılmasına dəstək verməlidir: “Məsuliyyət məktəblə valideyn arasında bərabər bölünməlidir, lakin sərhədləri aydın çəkməklə. Məktəb qaydanı müəyyən edir və tətbiqinə cavabdeh olur. Dərs vaxtı da, tənəffüs zamanı da mobil telefondan istifadə qəti şəkildə yolverilməzdir. Çünki tənəffüsdə belə, telefon uşağın sosial ünsiyyətini, sinifdaxili münasibətini və emosional inkişafını məhdudlaşdırır. Məktəb rəhbərliyi, müəllimlər və pedaqoji şura bu intizamı qorumaq üçün həm nəzarət, həm də maarifləndirmə mexanizmləri tətbiq etməlidirlər. Dövlət isə bu prosesin institusional səviyyədə aparılmasına dəstək verməli, məktəbləri texniki və hüquqi baxımdan təmin etməlidir.

Valideynin rolu isə uşağın davranışını evdə formalaşdırmaqla başlayır. Texnologiyanın düzgün istifadəsi, dərs və sosial həyat arasında balansın qurulması valideynin nəzarətindən keçməlidir. Uşağa “məktəb-öyrənmə, ev-istirahət” prinsipi aşılanmalıdır. Əgər evdə bu fərq öyrədilməzsə, məktəbin qoyduğu qadağa da nəticə verməyəcək. Mənim fikrimcə, məktəbdə mobil telefonun istifadəsinə ümumiyyətlə yol verilməməlidir. Nə dərs zamanı, nə də tənəffüsdə. Məktəb mühiti insan münasibətlərinin, ünsiyyətin, birgə düşünməyin və öyrənməyin məkanıdır. Telefon bu münasibətləri süni şəkildə kəsir, uşağı həm müəllimdən, həm də dostlarından uzaqlaşdırır.

Cəmiyyət olaraq biz texnologiyaya qarşı deyilik, amma onu həyatımızın mərkəzinə çevirməyə də borclu deyilik. Məktəb elə bir məkandır ki, orada əsas dəyər informasiya deyil, insan münasibətidir. Buna görə də telefon məktəbdə yox, həyatın digər sahələrində öz yerini tapmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Dekabr 2025 06:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see275

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see215

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see183

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see169

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see156

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see143

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see143

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see135

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see134

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri