Icma.az
close
up
RU
Sağlamlığa faydası olduğu deyilən 6 zərərli qida SİYAHI

Sağlamlığa faydası olduğu deyilən 6 zərərli qida SİYAHI

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Cipslərin və şəkərli qəlyanaltıların çox işlənmiş qidalar olduğu və sağlamlığınıza zərər verə biləcəyi hamıya məlumdur. Bununla belə, bəzi qablaşdırılmış və işlənmiş qidalar bizə sağlam alternativlər kimi təqdim edilsə də, vəziyyət əksinədir.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, qidalanma üzrə mütəxəssis, Cənubi Uels Universitetində müəllimi Emma Bekket faydalı bildiyimiz zərərli qidalarla bağlı “BBC Science Focus” jurnalı üçün məqalə yazıb.

O, məqaləsində həmin qidaları belə sıralayıb:

1. Qablaşdırılmış hazır yeməklər

E.Bekket deyir ki, marketlərdəki qablaşdırılmış hazır yeməklər adətən konservantlardan və stabilizatorlardan ibarətdir. Stabilizatorlar qida təhlükəsizliyi və ləzzəti artırmaq üçün xüsusilə yüksək duz ehtiva edir.

2. Bitki südləri

Bitki mənşəli südlər də süd məhsullarına alternativ olaraq satılsa da, onların "bitki əsaslı" təbiəti onları daha sağlam bir seçim kimi göstərir, amma qida mütəxəssisi fərqli düşünür:

"Süd məhsulları minimal emal edilsə də, bitki mənşəli südlər həddindən artıq emal olunur. Bitkilər isidilir, suyu çıxarılır, toz halına salınır və suda 2%-ə qədər aşağı səviyyədə hazırlanır. Kalsium kimi əsas qida maddələri sonradan əlavə edilir, lakin dibinə çökür. Karton yaxşı və tez-tez çalxalanmasa, onlar çölə çıxmır”.

Bekketin sözlərinə görə, bitki südləri adi süd içə bilməyən və ya içmək istəməyən insanlar üçün yaxşıdır, lakin bu südləri uzun müddət içdikdə necə təsir göstərdiyi araşdırılmayıb.

Məlumatların əksəriyyəti onlardan hazırlanan süd deyil, bütün bitkilər üzərində aparılan araşdırmalardan əldə edilir.

3. Ət əvəzediciləri

Emal edilmiş ət məhsullarının azaldılması ümumi sağlamlığı yaxşılaşdırır. Ancaq əti nə ilə əvəz etdiyiniz də vacibdir. Bitki mənşəli südlər kimi, bəzi bitki mənşəli ət əvəzediciləri də "bitkilərdən hazırlanmış" etiketi ilə maskalanır.

Bu məqamda Bekket cipslərin və bəzi atışdırmalıq şirin məhsulların da də bitkilərdən hazırlandığını xatırladaraq deyib ki, bu məhsullar sağlam olmaya bilər.

Bitkiləri təbii halında yemək süni ət əvəzediciləri olan məhsullardan istifadə etməkdən daha faydalıdır.

4. Yemək əvəzedici içkilər

Reklamlar istehlakçıları tox tutduğunu və arıqlamağa kömək etdiyini iddia edən müxtəlif yemək əvəzedici içkiləri təbliğ edir. Sıx iş qrafiki səbəbindən yemək yeməyə vaxtı olmayan şəxslərin yeməklərini tez və sağlam şəkildə qarşılamasını təmin etmək üçün bu məhsullar satılır.

"Xəstəlik və ya zədə, iştahsızlıq və ya sadə praktiki zərurət kimi vəziyyətlərdə bu qidalara üstünlük vermək olar, amma bədənimizin ehtiyac duyduğu bütün əsas qidaları ehtiva etsələr də, başqa şəkildə çatışmazlıqlar yaradır", - Bekket bildirib.

5. Səhər yeməyi taxılları

Bekket getdikcə populyarlaşan səhər yeməyi taxıllarının vəziyyətini “qarışıq” kimi təsvir edir. 

"Minimum şəkildə işlənmiş, şəkəri az olan, yulaf və xırdalanmış buğda kimi nümunələrin sağlamlığa faydaları olduğu bildirilir . Amma digərləri yüksək işlənmiş və şəkərlə zəngin olduğundan səhər yeməyindən daha çox desertə bənzəyir” – o söyləyib.

6. Qranola/protein barları

Alimin fikrincə, qranola və protein barlarının sağlamlıq üçün nəticələri də qarışıq ola bilər. Bu barlar yüksək dərəcədə emal edilə bilər və yüksək duz, şəkər və əlavələr ola bilər. Əgər bütün qidaları əvəz edirsə, çox güman ki, sağlamlıq baxımından yaxşı seçim deyil. 

Tədqiqatlar göstərir ki, həddindən artıq işlənmiş qidaları ehtiva edən pəhrizlər ürək-damar xəstəlikləri, metabolik xəstəliklər və hətta psixi pozğunluqlar da daxil olmaqla 30-dan çox sağlamlıq problemi riskini artırır.

Billurə Yunus

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 May 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri