Icma.az
close
up
RU
Sağlamlıq turizminin inkişaf səviyyəsi rəy sorğusu

Sağlamlıq turizminin inkişaf səviyyəsi rəy sorğusu

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Beynəlxalq Turizm Mərkəzi Naftalanda turizm xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə Hotel və Müalicə Mərkəzlərində növbəti rəy sorğusu keçirilib, alınan cavablar əsasında hesabat hazırlanıb.

Azərbaycan, rus və ingilis dillərində hazırlanmış sorğunun keçirilməsi xidmət səviyyəsinin müəyyən edilməsi və yaxşılaşdırılması məqsədi daşıyır. Həmçinin, bu sorğu şəhərin turizm potensialının güclü və zəif tərəflərini təhlil etməyə imkan verir.

Naftalanda istirahət və müalicə alan turistlər sorğuda iştirak etmişdir ki, onlardan 53%-ni yerli, 47%-ni isə xarici turistlər təşkil etmişdir.

Xaricilər arasında ilk üçlükdə MDB ölkələri daha dəqiq Rusiya Federasiyası, Özbəkistan və Qazaxıstandan olan turistlər üstünlük təşkil edir.

İştirak edən respondentlərin 77% - 50 yaşdan yuxarı, 20% - 30-50 yaş, digər 3% isə 30 yaşa qədər olanlardır. Naftalanı ziyarət edən turistlərin 44% - şəhərə ilk dəfə gələnlərdir.
Naftalanda havanın mülayim, yaxşı olması ilə əlaqədar 80% turist yaz/yay fəsillərində buraya müalicə və istirahət üçün üz tuturlar.

Buraya gələn turistlərin 59% - dayaq-hərəkət xəstəlikləri, 27% - revmatik xəstəliklər, digər 14% uroloji və digər xəstəliklərdən əziyyət çəkənlərdir.

Turistlərin 72%-i şəhərdə daha rahat hərəkət etmək üçün şəhər əhalisinin köməyindən, digərləri isə hotelin əməkdaşlarının, istiqamətverici lövhələrin, o cümlədən mobil tətbiq və internet yardımından istifadə edənlərdir.
Sorğunun nəticəsindən aydın olmuşdur ki, bu gün beynəlxalq turizm mərkəzi olan Naftalan yerli və xarici qonaqlarda xoş təəssürat yaradıb. Belə ki, şəhərin abad, təmiz və səliqəli saxlanılması sualını 94% turist əla və yaxşı olaraq qiymətləndirmişdir.

Həmçinin, turizm obyektlərinin xidmət səviyyəsi və yerləşdirmədən 95% turist məmnun qalıb, qidalanmanın da yüksək səviyyədə olmasını 90% turist qeyd edib.
Çox sevindirici haldır ki, Naftalana yenidən səfər etməyi planlaşdıranlar 98% təşkil edir.

Xarici qonaqların 91%-i Bakı Heydər Əliyev adına Beynəlxalq Hava Limanı 9%-i isə Gəncə Beynəlxalq Hava Limanından istifadə etdiklərini bildirmişlər.

Nəticədə həm müalicəvi neft vannaları əsasında xəstələrin müalicəsində əldə olunan yüksək təsirli nəticələr, həm də istirahət üçün şəhərdə yaradılan müasir turizm infrastrukturu Naftalanı turistlər üçün daha cəlbedici kurort, həmçinin Beynəlxalq Turizm Mərkəzinə çevirib.

Sorğuda Naftalan ŞİH əməkdaşları ilə birgə DTA-nin Gəncə Regional Turizm İdarəsinin əməkdaşları və Goranboy-Naftalan KOB dostu iştirak edib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:28
embedMənbə:https://pravda.az
archiveBu xəbər 11 İyun 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubernator Trampa qarşı birlik yaradacaq

11 İyun 2025 09:01see159

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see142

Çirklənmiş kondisioner pnevmoniyaya səbəb ola bilər

11 İyun 2025 03:43see127

Bu 6 peşədə işləyənlər diqqətli olsun Xərçəng riskini artırır

11 İyun 2025 22:00see124

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see122

Cənnət alması sirkəsinin bilmədiyimiz faydaları

11 İyun 2025 12:18see121

Azərbaycan Respublikasının Prezidenti Fərman imzalayıb

11 İyun 2025 16:03see118

Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası

11 İyun 2025 12:20see116

Kreml Bakının tələbindən yayınmaq üçün buna əl atdı

11 İyun 2025 10:39see115

Orta Dəhliz regional əməkdaşlığa geniş meydan açır

11 İyun 2025 09:51see115

Finlandiya Polşa matçı yarımçıq dayandırılıb

11 İyun 2025 01:00see115

Bu qurumda İşçi qrupunun sayı artırılıb Fərman

11 İyun 2025 15:52see114

Rusiya sözün həqiqi mənasında başını itirib

11 İyun 2025 06:36see114

İranın cənubunda metanol anbarında baş verən yanğında 3 nəfər ölüb

11 İyun 2025 14:04see114

Xarkova kütləvi hücum zamanı yaralananların sayı 50 ni keçdi, iki nəfər öldü KONKRET

11 İyun 2025 09:05see113

Gəncədə minik maşınları toqquşub

11 İyun 2025 00:22see113

Saray körpüsünün yaxınlığında çökən yol təmir edilib

11 İyun 2025 12:17see112

Rusiya ərzaq böhranı ilə üzləşib..?

11 İyun 2025 00:04see112

Baqajına görə təyyarəyə buraxılmadı: Tələb şoka saldı

11 İyun 2025 00:41see112

Tahir Mirkişili: Ailə dəyərlərinin güclü olduğu ölkələrdə iqtisadi üstünlük formalaşır

11 İyun 2025 16:59see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri