Icma.az
close
up
RU
Sağlığında qiymət verin insanlara... İllərlə işləyən şəxsin pensiya kapitalı öləndən sonra dövlətə qalır

Sağlığında qiymət verin insanlara... İllərlə işləyən şəxsin pensiya kapitalı öləndən sonra dövlətə qalır

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Azərbaycanda pensiya yaşı 65-dir. Yəni 65 yaşa qədər işləyib, vergi ödəyib, 65 yaşdan sonra alacağın pulu gözləyirsən. Əgər o qədər yaşaya bilsən. Elə şəxslər var ki, onlarda yığım məbləği qabarıqdır. Amma o vəsaitə sadəcə hesabından baxa bilirsən, xərcləyə bilmirsən. Çətinliyin olsa belə, o məbləğdən bir qəpik də götürə bilmirsən. Dünyanı dəyişdiyin zaman həmin məğləğ dövlət büdcəsinə köçür, heç vərəsələrinə də pay düşmür...

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, sığorta olunanların hər ay maaşından tutulmuş və yığılmaqda olan yığılan pensiya kapitalı Azərbaycan Respublikasının qanunvericiliyinə görə şəxs vəfat etdikdən sonra onun vərəsələrinə əmlak şəklində verilmir.

Ramil Süleymanov / Foto: Bizimyol.info

“Bir çox ölkələrin təcrübəsində birbaşa miras predmetidir. Amma Azərbaycanda qanunvericilikdə bu da göstərilmədiyi üçün miras əmlakı hesab olunmur. Bu səbəbdən şəxsin ömrü boyu işləyib formalaşdırdığı pensiya kapitalı şəxs vəfat etdikdən sonra dövlətin büdcəsində qalır”-deyən hüquqşünas təklif edir ki, şəxsin illərlə əziyyət çəkib topladığı məbləğin onun istəyi ilə vaxtından öncə də götürülməsi mümkün olmalıdır.

“Dövlət bunu qanuniləşdirməlidir və mütləq şəkildə bununla bağlı şəxslə dövlət arasında müqavilə bağlana bilər ki, toplanmış pensiya kapitalı minimum pensiya məbləği həddində məbləğ saxlanılmaqla, yerdə qalan toplanmış məbləğ şəxsin özünə hissə-hissə sağlığında da verilsin. Və yaxud da şəxs vəfat etdikdən sonra onun vərəsələrinə birdəfəlik pul şəklində və ya aylıq ödəmə formasında təqdim oluna bilər”-deyə hüquqşünas qeyd edib..

Ramil Süleymanovun fikrincə, qanunvericiliyə əlavə və dəyişikliklər olunmalıdır. Hüquqşünas hesab edir ki, əgər bu sahədə dəyişikliklər olarsa, bundan sonra vətəndaşlar öz vəsaitlərindən istifadə edə bilərlər.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Dekabr 2024 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri