Icma.az
close
up
RU
Sahibə Qafarova Tonqa Krallığının Qanunvericilik Məclisinin sədri ilə görüşüb

Sahibə Qafarova Tonqa Krallığının Qanunvericilik Məclisinin sədri ilə görüşüb

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Milli Məclisin sədri Sahibə Qafarova Tonqa Krallığının Qanunvericilik Məclisinin sədri Lord Fkafanua Fatafehi ilə görüşüb.

Noyabrın 16-17-də COP29 çərçivəsində Milli Məclisin və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan qonağı salamlayan spiker Sahibə Qafarova tədbirin əhəmiyyəti barədə fikirlərini çatdırıb.Görüşdə iqlim dəyişikliyinin yaratdığı problemlərin bütün dövlətlərə mənfi təsirlərinin olduğu qeyd edilərək, bu istiqamətdə qlobal əməkdaşlığın vacibliyi vurğulanıb.Söhbət zamanı, Azərbaycanın Millətlər Birliyi ilə əməkdaşlıq məsələləri, bu təşkilat vasitəsilə kiçik ada dövlətlərinə göstərdiyi humanitar, texniki yardımlar barədə məlumat verilib.Lord Fkafanua Fatafehi kiçik ada dövlətlərinin iqlim ədalətsizliyi ilə üzləşdiklərini diqqətə çatdıraraq, deyib ki, iqlim dəyişikliyi onlar üçün təhlükəsizlik məsələsidir. O, qeyd edib ki, Azərbaycan kimi yeni dostların bu dövlətlərə iqlim dəyişikliklərinə uyğunlaşmağa göstərdiyi yardım çox böyük əhəmiyyətə malikdir. Qonaq, həmçinin, Azərbaycanın COP29 çərçivəsində kiçik ada dövlətlərinin səsini prioritetləşdirdiyi və daha yüksək səviyyəyə qaldırdığı üçün minnətdarlığını bildirib. O, ümidvar olduğunu söyləyib ki, həm COP29, həm də Parlament Görüşü çərçivəsində keçirilən müzakirələr məhsuldar olacaq və iqlim dəyişikliyi ilə bağlı məsələlərin həllinə mühüm töhfələr verəcək.Ölkələrimiz arasında münasibətlərin də nəzərdən keçirildiyi görüşdə Tonqa Krallığının Baş nazirinin ölkəmizə səfəri, Bakı Bəyannaməsi imzalanması məmnunluqla xatırlanıb.Söhbət zamanı parlamentlərimiz arasında əməkdaşlıq imkanları barədə də fikir mübadiləsi aparılıb.Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova qonaqlara regionda vəziyyət, Azərbaycanın reallıqları, ölkəmizin işğaldan azad olunmuş ərazilərində görülən işlər haqqında da geniş məlumat verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Noyabr 2024 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see190

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see185

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see179

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see175

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see156

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see154

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see140

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see137

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see130

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see128

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see125

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see122

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see122

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri