Sahibkarlara verilən güzəştli kreditin məbləği açıqlandı
Metbuat saytına istinadən Icma.az xəbər verir.
Bu ilin on bir ayı ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 5144 layihənin maliyyələşdirilməsinə 211,7 milyon manat güzəştli kredit verilib.
Metbuat.az xəbər verir ki, bu barədə Fondun məlumatında bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,6% çoxdur.
Qeyd edək ki, sahibkarlar SİF-in güzəştli kreditlərindən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Müvəkkil kredit təşkilatlarına Fondun əməkdaşlıq etdiyi banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları aiddir.

Sahibkarlara verilən güzəştli kreditin məbləği AÇIQLANDI
10 Dekabr 2024 17:13
Sahibkarlara verilən kreditin həcmi açıqlandı
16 Yanvar 2025 20:07
Naxçıvanda sahibkarlara verilən güzəştli kreditlərin məbləği 3,4 dəfə artıb
13 Avqust 2025 11:56
Bu il İKZF nin zəmanəti ilə sahibkarlara güzəştli şərtlərlə verilən kreditin həcmi açıqlanıb
07 İyul 2025 16:24

