Icma.az
close
up
RU
Şahin Şahniyarov: Lionel Messi kimi Avropada çıxış etmək istəyirəm

Şahin Şahniyarov: Lionel Messi kimi Avropada çıxış etmək istəyirəm

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Futbol üzrə Azərbaycan çempionatının I Liqasının “Baku Sporting” - “Qəbələ” matçından (0:5) sonra qonaqların futbolçusu Şahin Şahniyarov jurnalistlərə müsahibə verib.

- Sona 7 tur qalmış Premyer Liqaya vəsiqəni təmin etdiz. Uğuru belə erkən gözləyirdiz?
- Çətin olacağını bilirdik. I Liqadakı infrastruktur və meydançaların əlverişsiz olması buna səbəb idi. İlk turda “Zaqatala” ilə heç-heçə etdik. Bəzi insanlar düşünürdü ki, asan olacaq. Amma ilk matçdan sonra çətin olacağını gördük. Həmin bərabərlik bizim üçün daha yaxşı oldu.

- Meydançaların durumundan danışdın. Ən çətinlik çəkdiyiniz stadion hansı oldu?
- “Karvan” və “İmişli”nin meydançaları təbii örtüklüdür. Amma Premyer Liqa səviyyəsində deyil. Normal ötürmələr vermək olmur. Ən çox Yevlax şəhər stadionunda çətinlik çəkdik. Digər meydançaların demək olar ki, hamısı süni örtüklüdür və eyni səviyyədədir. 

- Mövsümün əvvəlində “Baku Sporting” də səninlə maraqlanırdı. Səni “Qəbələ”də saxlayan nə oldu?
- Həmin ərəfədə həm klubla 3 illik müqaviləm var idi, həm də komandanı çətin vəziyyətdə atıb getmək düzgün olmazdı. Mən bu akademiyanın yetirməsiyəm.

- Yığmada debüt etdin. Həmin matçla bağlı hislərini bölüşərdin...
- Milli komandanın heyəti açıqlananda xəbərim yox idi. Mənə sonradan dedilər. Çox sevindim və həyəcanlandım. O, məsuliyyəti üzərimdə hiss etdim və qürurlandım.

- Üzərində yığmadakı məğlubiyyətlərin psixoloji təsiri var?
- Birdən-birə I Liqadan yığma səviyyəsinə yüksəlmək çətin idi. Çünki əsas millidə diqqət çox daha böyükdür. Hər kəsin gözü üzərində olur. Yenilgilərin psixoloji təsirini yaşadım. Amma hər zaman azarkeşlərimizi sevindirmək üçün çalışırıq. 

- Belarus millisi ilə oyundan sonra Fernandu Santuşla hər hansı danışığınız oldu?
- Xeyr, bu barədə danışmadıq. Məqsədim yenidən milliyə dəvət almaqdır. Çağırılmasam da, məşqçinin qərarına da hörmətlə yanaşıram.

- Premyer Liqa klublarının diqqətlərini üzərinə çəkmisən. Təklif olarsa, bu barədə düşünəcəksən?
- “Qəbələ” ilə 2 illik müqaviləm var. Yalnız burdakı durumum barədə düşünürəm. Heç bir klubla da danışığım olmayıb. Əsas hədəfim Avropada çıxış etməkdir. Təklif olarsa, dəyərləndirmək niyyətindəyəm.

- Gələn mövsümdən Premyer Liqada legioner limiti ləğv olunacaq. Bunun sənə nə dərəcə təsiri olacaq?
- Şans qazanmaq üçün əlimdən gələni edəcəm. Nə qədər legioner olur olsun, mübarizə aparmaq lazımdır. Açığı, mənim üçün futbolçunun milliyətinin fərqi yoxdur. Bura qədər mübarizə ilə gəlmişəm, davamı da elə olacaq.

- Futbolda özünə kumir gördüyün şəxs kimdir?
- Azərbaycanda Emin Mahmudov və Qara Qarayevin oyun stilini bəyənirəm. Ümumi dünya futbolunda isə kumir olaraq gördüyüm biri yoxdur. Ən bəyəndiyim futbolçu isə Lioner Messidir. Onun kimi gələcək uğur qazanmaq, Avropada çıxış etmək istəyirəm. 

İsmayıl Xeyrullayev

AAF-ın növbəti iclası keçirilib Millimizin İsveç və Xorvatiya oyunları üçün heyəti açıqlanıb "Neftçi"də onun da qələmi qırıldı: ƏVƏZEDİCİ KOMANDAYA GÖNDƏRİLDİ "Sabah" - "Neftçi" matçının biletləri satışda Juninyo komandasına qələbə qazandırdı, matçın ən yaxşısı seçildi - VİDEO
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://apasport.az
archiveBu xəbər 04 Aprel 2025 21:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri