Icma.az
close
up
RU
Şahzadənin oğlu narkotik istifadə edirmiş Həbsdən yeni çıxmışdı... FOTO

Şahzadənin oğlu narkotik istifadə edirmiş Həbsdən yeni çıxmışdı... FOTO

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Norveç vəliəhd şahzadəsi Mete-Maritin oğlu Marius Borg Hoiby barəsində yazılmış yeni kitab ölkədə geniş müzakirələrə səbəb olub.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, "Hvite striper, sorte far" ("Ağ xətlər, qara qoyunlar") adlı kitabda 28 yaşlı Hoibynin kral sarayının yaxınlığında kokain satdığı iddia olunur.

Lakin Hoiby bu iddiaları qəti şəkildə rədd edib. Onun vəkilləri Ellen Holager Andenæs və Petar Sekuliç Norveçin NTB xəbər agentliyinə açıqlamalarında müştərilərinin narkotik maddə satışında iştirak etmədiyini bildiriblər:

"Marius Hoiby kokain istifadə etdiyini etiraf edir, lakin satdığı barədə deyilənlər tamamilə yalandır", - deyə vəkillər vurğulayıblar.

Oslo polisi də bu iddialarla razılaşmayıb. Rəsmi açıqlamada bildirilib ki, şahzadənin oğlu əvvəllər narkotik təsiri altında müşahidə edilsə də, onun narkotik alveri ilə məşğul olduğuna dair heç bir sübut yoxdur.

Norveç kral ailəsinin sözçüsü Guri Varpe kitabı "yalanlar, sənədlərlə təsdiqlənməmiş iddialar və anonim mənbələrə əsaslanan eyhamlar toplusu" adlandırıb. Kitabın çərşənbə günü satışa çıxarılması planlaşdırılsa da, bir neçə media qurumuna əvvəlcədən sızdırıldığı üçün dərhal yayımlanıb.

Qeyd edək ki, Marius Borg Hoiby 2024-cü ildən etibarən mətbuatın diqqət mərkəzindədir. O, o vaxt spirtli içki və kokainin təsiri altında keçmiş sevgilisinə qarşı zorakılıq göstərdiyini etiraf etmişdi. Həbsdən azad edildikdən sonra o, müalicə proqramına qoşulmuşdu. İndi isə məhkəmə prosesi ərəfəsində yenidən asılılıq terapiyasına başladığı bildirilir.

Fidan
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 25 Oktyabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2066

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see246

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see218

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see203

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see175

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see163

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see161

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see146

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see138

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see136

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see131

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri