Sakinlər yaşadıqları binanın baxımsızlığından şikayətləndilər VİDEO
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsinin sakinləri "Baku TV"nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, onların yaşadığı binanın ətrafındakı digər binalarda təmir-bərpa işləri getsə də, yaşadıqları binada heç bir iş görülmür.
Sakinlərin sözlərinə görə, binalarının qarşısındakı asfalt yol demək olar ki, yararsız haldadır, işıqlandırma sistemi isə heç yoxdur. Bununla bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, müraciətlərinə baxılmayıb.
Sakinlər yaşadıqları binanın baxımsızlığından şikayətləndilər - VİDEO
Bina sakini mövcud vəziyyəti belə şərh edib:
"Hər tərəfdə təmir getdiyi halda, dünən məlumat almışıq ki, bu binanı təmir etməyəcəklər. İki obyektin arxasında qaldığı üçün bura görsənmir deyə təmir etmədilər. Küçə tam baxımsızdır, bina artıq qəzalı vəziyyətdədir. Hamı qorxur. Gecə yata bilmirlər, çünki binanın altında itlər balalayıb".
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət ünvanlanıb. Rayon İcra Hakimiyyətinin Qaraçuxur qəsəbə nümayəndəliyindən bildirilib ki, həmin ünvanda yerləşən bina Suraxanı Rayon İcra Hakimiyyətinin yox, Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:188
Bu xəbər 15 Mart 2026 23:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















