Icma.az
close
up
RU
Sakinləri aldadıb, binanın həyətində restoran tikdilər: Zəfəran Otdıx yüzlərlə ailənin kabusuna çevrilib VİDEO

Sakinləri aldadıb, binanın həyətində restoran tikdilər: Zəfəran Otdıx yüzlərlə ailənin kabusuna çevrilib VİDEO

Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.

Yasamal rayonu, Zahid Xəlilov küçəsi 52 ünvanında yaşayan sakinlər 10 ildir ki, sakit həyata həsrət qalıblar. Bir neçə binanın düz ortasında yerləşən ikimərtəbəli "Zəfəran-Otdıx" restoranı onların həyatını kabusuna çevrilib.  Restoran həm də PUB kimi fəaliyyət göstərdiyindən axşam saatlarında  əyləncə məclisləri start götürür, musiqinin səsindən, spirtli içki qəbul edən müştərilərin səs-küyündən, davranışlarından məhəllə sakinlər rahat yaşaya bilmirlər.  Vəziyyət o həddə çatıb ki, insanlar evdə nəinki istirahət edə bilmir, hətta bir-birini eşidə bilmirlər. 

Bu barədə "Sitat.info"ya danışan sakinlər qeyd ediblər ki, məhəllədə bu obyekt tikilən zaman onları aldadıblar: "Buranın restoran olacağı bizə demədilər. Etirazlar olmasın deyə, bank kimi fəaliyyət göstərəcəyini deyib bizi aldatdılar. Sonradan restoran kimi fəaliyyətə başladı. Təsəvvür edin ki, evdə ağız deyəni qulaq eşitmir. Neçə dəfə özlərinə də demişik, polisə müraciət etmişik. Həmin vaxt bura "Kabab House" idi , polislər gələndən sonra yığışdırdılar. Sonra "Zəfəran"nın köhnə sahibləri qayıtdı, indi "Zəfəran Otdıx" adı altında fəaliyyət göstərirlər. Yenə eyni hal baş verir. Təkcə musiqinin yüksək səslə verilməsi deyil, restoranın kabinetlərində gecıyarısına kimi içki məclisləri davam  edir, yeyib-içirlər, yüksək səslə danışıb-gülürlər, evdə uşaqlar, xəstələr yata bilmir. Üstəgəl restoranın ikinci mərtəbəsindən düz evimizin içərisi görünür, pəncərəni aça bilmirik. Bu qədər özbaşınalıq olmaz...". 

Qeyd edək ki, problem təkcə yaşayış binasının həyətində PUB-un fəaliyyət göstərməsinin mental dəyərlərimizə zidd olması və ya yüksək səslə verilən musiqinin insanların rahatlığını pozması deyil. Burada həm də tikinti normaları pozulub. Restoranın bir neçə binanın məhəlləsini zəbt edib, insanların istirahət hüququnu əlindən alıb. Eləcə də təhlükəsizlik baxımından ciddi risklər daşıyır. Məsafə o qədər yaxındır ki, restoranda baş verə biləcək yanğın bütün bu binaları, yüzlərlə ailəni təhlükə altında qoyur. Eyni zamanda yanğınsöndürən maşınların həyətə girişi üçün də problem yaradır. 

Hazırki vəziyyəti təqdim etdiyimiz videodan da izləyə bilərsiniz. 

Məğrur,

Sitat.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sitat.info
archiveBu xəbər 03 Aprel 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

JLonun konsert üçün tələbləri məlum olub

13 İyul 2025 08:17see140

Deputat: Əbu Dabi görüşü birbaşa təmasların sülhə aparan ən real yol olduğunu göstərdi

13 İyul 2025 04:14see128

Daha bir ölkədə azərbaycanlılara basqın: Kimi axtarırlar?

13 İyul 2025 01:19see119

Zaxarova Departamentin bu qərarını lağa qoydu

14 İyul 2025 03:42see118

Bələdiyyə sədrindən gözlənilməz addım FOTO

13 İyul 2025 23:42see116

Milli Çinə rəqib oldu

13 İyul 2025 01:24see116

Messi ardıcıl beşinci oyunda dubl etdi

13 İyul 2025 09:49see114

Faciəvi şəkildə ölən kişilər sahədə işləməyə gedirmiş Video

13 İyul 2025 20:23see114

Yaddaşları oyadan kitablar

13 İyul 2025 08:18see114

Zaporojye AES də atəş səsləri: MAQATE dən HƏYƏCAN SİQNALI KONKRET

13 İyul 2025 23:32see114

İsti havada arıqlamağın yolu

13 İyul 2025 01:01see113

Ağ Ev Trampla görüşdə beş Afrika liderini alçaldıb

13 İyul 2025 21:00see113

Gah sarışın, gah əsmər…

13 İyul 2025 02:41see112

Azərbaycan korifeyi Stalin mükafatı komitəsində

13 İyul 2025 08:16see112

Azərbaycan Rusiyadan şokolad idxal edən ilk 10 ölkə sırasına daxil oldu

13 İyul 2025 20:00see111

Bu gün 40 dərəcə isti olacaq PROQNOZ

14 İyul 2025 07:30see111

Dubay şeyxinin qızı Parisdə repper French Montana ilə görüşüb…

13 İyul 2025 21:07see110

Ağstafa: “Suverenlik yolunun başlanğıcı”

14 İyul 2025 18:51see110

Qərbi Azərbaycan Xronikası: İrəvanda yeni dövr sənətkarlığının intibahı da erkən başlayıb

13 İyul 2025 00:02see109

İsrail kosmosa ilk rabitə peykini buraxıb

13 İyul 2025 13:10see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri