Sakinləri kirayələrdə süründürən tikinti şirkəti: Bina beş ildir niyə təhvil verilmir?
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı şəhəri, 5-ci mikrorayon, 20 Yanvar küçəsi, 3005-ci məhəllədə "Şərq İnşaat" MMC tərəfindən inşa olunan çoxmərtəbəli yaşayış binasının tikintisi artıq beş ildir başa çatmır.
Baku TV-yə müraciət edən sakinlər bildiriblər ki, iki blokdan ibarət bina əsas beton konstruksiyası hazır olsa da, hələ də təhvil verilməyib.
Sakinlər deyiblər ki, layihəyə görə hər iki binada ümumilikdə 147 mənzil tikilməlidir. Onlardan 30-u ərazidəki qəzalı binanın sökülməsi nəticəsində evsiz qalan sakinlər üçün nəzərdə tutulub. Lakin illərdir sakinlər kirayədə qalır, yüksək kirayə xərcləri ilə üzləşirlər.
Vətəndaşların sölərinə görə, ilkin olaraq mənzilləri kreditlə alıblar və bütün ödənişlərini həyata keçiriblər. Lakin artıq beş ilə yaxındır ki, mənzillərinə köçə bilmirlər.
Ətraflı süjetdə:
Sakinləri kirayələrdə "süründürən" tikinti şirkəti: Bina beş ildir niyə təhvil verilmir?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 25 Sentyabr 2025 02:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















