Icma.az
close
up
RU
Bakının mərkəzində vətəndaşları illərlə süründürən “Fədək” MTK tikinti şirkəti barədə qərar verildi

Bakının mərkəzində vətəndaşları illərlə süründürən “Fədək” MTK tikinti şirkəti barədə qərar verildi

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Bakıda köhnə tikililərin yerində hündürmərtəbəli binalar inşa edən tikinti şirkətləri ilə sakinlər arasında narazılıqlardan biri də vətəndaşların onlara qarşı inamsızlıqları ilə əlaqədardır. Şirkətlər vətəndaşlara köhnə evlərin yerində tikiləcək hündürmərtəbəli binalarda mənzillər vəd edərək, binalar hazır olanadək onları kirayə qalmağa razı salmağa çalışsalar da, insanlar buna inanmırlar. Bu inamsızlıq da səbəbsiz deyil. Çünki indiyədək xeyli şirkət yüzlərlə çoxsaylı vətəndaşı aldadıb, vədinə əməl etməyib. Ya binalar tikilib təhvil verilməyib, nəticədə vətəndaş köhnə evini də itirib. Yaxud da iki il müddətinə hazır olacağı deyilsə də, vətəndaş 6-7 il kirayələrdə qalmalı olub.

Bizimyol.info xəbər verir ki, vətəndaşlarla bağladığı müqavilənin şərtlərinə əməl etməyən belə şirkətlərdən biri də paytaxtın mərkəzi ərazilərində hündürmərtəbəli binalar inşa edən “Fədək” MTK-dır. Bu şirkət Nəsimi rayonu ərazisində - Azadlıq prospekti, Vaqif prospekti, Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yaşayış binası inşa edib. Həmin ərazidəki əvvəlki tikililərin sahiblərilə hələ 2017-ci ilin yayında müqavilə bağlanıb.

Mülkiyyətçilərdən biri məhkəməyə müraciətində göstərib ki, onun 120 kvadrat metrlik mənzilinin əvəzinə şirkət ona sahəsi 63.8 kvadrat metr olan 216 saylı (təmirsiz) və 63.8 kvadrat metr olan 212 saylı (təmirli) mənzilləri verməyi öhdəsinə götürüb. Müqavilənin 2.2.5-ci bəndinə əsasən, şirkət yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətində başa çatdırıb, müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzili tam təmir edib təhvil verməli idi. Üstündən 7 ildən çox keçsə də, mənzillər təhvil verilməyib. Üstəlik, 2023-cü ilin aprelindən şirkət kirayə pulunu da dayandırıb.

Mülkiyyətçi öhdəliyə vaxtında əməl etmədiyinə görə şirkəti məhkəməyə verib. “Fədək”dən ona dəyən mənəvi ziyana görə 10 min manat təzminat tələb edib. Lakin Yasamal Rayon Məhkəməsi onun iddiasını qismən təmin edib. Hakim Fariz Əlizadə “Fədək” MTK-nın üzərinə gecikməyə görə vətəndaşa 2000 manat kompensasiya ödəmək öhdəliyi qoyub.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 May 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri