Saleh Məmmədovun meşə sahəsini qıran kadrı dövlətə borcunu ödəmir
Icma.az, Tribuna portalına istinadən məlumat yayır.
“7№-li Magistral Yolların İstismarı” MMC dövlətə olan borcunu ödəmir.
Tribunainfo.az pravda.az-a istinadən xəbər verir ki, şirkətin dövlətə 186 632 AZN borcu var.
Qeyd: Saleh Məmmədovun rəhbərlik etdiyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan şirkətin qanuni təmsilçisi Raqib Hüseyn oğlu Həsənovdur. O, “Asfalt Raqib” kimi tanınır. MMC-nin hüquqi ünvanı Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, ev 78/11-dir.
Xatırlatma: Bir müddət öncə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkərandakı məşhur Haftoni meşəsində icarə müqaviləsinin şərtlərinə zidd olaraq 100 hektar ərazidə bağ salan şəxsin müqaviləsinə xitam verilməsi iddiasına Ali Məhkəmədə baxılıb. R.Həsənova qarşı qaldırılan iddia təmin edilib və icarə müqaviləsi ləğv olunub. Məhkəmənin qərarına əsasən, adıçəkilən şəxs 100 hektar meşə sahəsini geri qaytarmalıdır. Daha öncə onun icarə müqaviləsindən kənar məhv etdiyi 27 hektar meşə ərazisi də geri qaytarılmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 21 Noyabr 2025 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















