İçərişəhərdə Yeni il yarmarkası çərçivəsində ekoloji maarifləndirmə tədbiri keçirilib
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, “EcoHub” İctimai Birliyinin təşkilatçılığı ilə Coca-Cola şirkətinin PACT proqramı çərçivəsində İçərişəhər Yeni il yarmarkasında ekoloji maarifləndirmə məqsədilə Yeni il stendi təşkil olunub.
XQ xəbər verir ki, tədbirin məqsədi ictimaiyyət, xüsusilə gənclər arasında ekoloji məsuliyyətin artırılması, tullantıların azaldılması və dayanıqlı həyat tərzinin təşviqi olub. Tədbir ərazisində plastik tullantıların düzgün toplanması və çeşidlənməsi məqsədilə xüsusi qutular yerləşdirilib, iştirakçılara təkrar emalın əhəmiyyəti barədə məlumat verilib.
Stend çərçivəsində süni intellekt əsaslı interaktiv ekoloji oyunlar təşkil olunub. Maarifləndirici oyunlarda fərqlənən iştirakçılara müxtəlif hədiyyələr - kitablar, tinglər təqdim edilib.
Bu kimi təşəbbüslər ekoloji mədəniyyətin formalaşdırılması və cəmiyyətin dayanıqlı gələcəyə töhfəsinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 07 Yanvar 2026 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















