Icma.az
close
up
RU
Salyanda Energetiklərlə Statistika işçilərinin peşə bayramı qeyd olundu

Salyanda Energetiklərlə Statistika işçilərinin peşə bayramı qeyd olundu

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Peşə bayramı günü münasibətilə İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Salyan Elektrik Şəbəkəsinin rəhbərliyi və kollektivi Rayon İcra Hakimiyyətinin inzibati binası önündə ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək abidə önünə gül dəstələri düzüblər. Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayonumuzun ictimaiyyəti adından ölkə iqtisadiyyatının inkişafında müstəsna xidmətləri olan energetikləri peşə bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edib, energetika sahəsində aparılan islahatların həyata keçirilməsindəki səmərəli, məsuliyyətli və işıqlı fəaliyyətilərində onlara uğurlar arzulayıb.

Daha sonra Statistika işçilərinin peşə bayramı qeyd olundu. Rayon Statistika İdarəsinin inzibati binasında davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayon Statistika İdarəsinin rəhbərliyini və kollektivini “Ümumdünya Statistika Günü” peşə bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edib, statistika sisteminin müasir tələblərə uyğun qurulması sahəsində aparılan islahatların həyata keçirilməsindəki səmərəli, məsuliyyətli və məqsədyönlü fəaliyyətlərində onlara uğurlar arzulayıb.

RİH başçısı çıxışı zamanı Cənab Prezident İlham Əliyevin statistikaya göstərdiyi qayğının, dövlət idarəçiliyinin daha şəffaf və məqsədyönlü olmasına xidmət etməsindən və bu sahəyə verilən önəmin, həm dövlətin özünü, həm də vətəndaşların həyat keyfiyyətini daha aydın ifadə edən göstəricilərin mövcudluğunu təmin etməsinin bariz nümunəsi olduğunu qeyd edib. Rayon rəhbəri hər bir sahədə müşahidə olunan yüksəlişin istər iqtisadi göstəricilərdə, istər sosial rifahda, istərsə də beynəlxalq nüfuzumuzda uzun və əzmkar bir zəhmətin, düzgün idarəetmənin nəticəsi olmasını vurğulayıb. Digər çıxış edənlər statistikanın dövlət idarəçiliyinin ayrılmaz və strateji istiqamətlərindən olması haqqında fikirlərini bölüşüb, bu sahədə çalışan əməkdaşları təbrik ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Oktyabr 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri